Paşinyan fransalı nümayəndə ilə görüşdü

87

Ermənistan Baş naziri Nikol Paşinyan Fransanın Qafqaz üzrə nümayəndəsi Bris Rokfoyla görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Paşinyan nümayəndə ilə martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş verən hadisədən və ölən separatçılardan danışıb. Bundan başqa, Xankəndi-Laçın yolundakı ekoaksiyadan da bəhs olunub.

Baş nazir əlavə edib ki, hazırkı şəraitdə beynəlxalq faktaraşdırıcı qrupun Laçın dəhlizinə və Qarabağa göndərilməsi həyati zərurətə çevrilir.

Məlumata görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı məsələlər də müzakirə olunub. AB-nin Ermənistandakı mülki missiyasının regionda fəaliyyəyindən də söz açılıb.