Paşinyan bunu jurnalistlərə QADAĞAN ETDİ

36

Ermənistanda Milli Məclisdə jurnalistlər üçün yeni məhdudiyyətlər tətbiq edilib. Bildirilir ki, jurnalistlər üçün nəzərdə tutulan lojadan sessiyanın fotolarını çəkmək mümkün deyil.

Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin bildirir ki, bu məhdudiyyət Nikol Paşinyanın parlamentdə olduğu hallarda tətbiq edilir.

“Fasilə elan olunanda deputatların Nikol Paşinyana yaxınlaşmaq, onunla ünsiyyət qurmaq üçün növbəyə necə dayandıqlarını telefonla yuxarıdan çəkmək istədik. Paşinyanın təhlükəsizlik işçiləri bizim şəkil çəkdiyimizi görüb yaxınlaşdılar. Onlar biz jurnalistlərdən Paşinyanın şəklini çəkməməyi xahiş ediblər. Dedilər: “Telefonla şəkil çəkmək olmaz”. Səbəbini, şəkil çəkdirdiklərimizlə nə fərqi olduğunu soruşduqda, təhlükəsizlik işçisi cavab verməkdə çətinlik çəkdi. – Düzünü desəm, fərqin nə olduğunu bilmirəm”, – nəşrə danışan jurnalist açıqlamasında bildirib.(unikal)