"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Paşazadənin “vurulması“nın şok səbəbləri – sandığı, yoxsa varisi…

19 Sentyabr 2017 - 09:07
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Qafqaz şeyxinin adı ətrafında daha bir qalmaqal; QMİ bəyanat yayaraq Şeyxülislam Allahşükür Paşazadənin kürəkənin həbsi xəbərini təkzib etdi, oğlunun ölkədən getməsinə isə…; Bəs, nə baş verir?

Şeyxülislam Allahşükür Paşazadənin ötən həftə Çexiyada əmlakının üzə çıxmasının ardından kürəkəninin də həbs edilməsi barədə yayılmış xəbərlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin başı üzərindəki “qara buludlar”dan xəbər verir. Üstəlik, Şeyxin yeganə oğlunun da hələ ki bilinməyən səbəbdən ölkədən ailəsi ilə birgə köçüb getməsi xəbərlərini də bura əlavə etsək, mənzərə daha da “dumanlanır”.

QMİ dünən bəyanat yayaraq “Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınını” pisləyib, bunun hətta “erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını” istisna etməyib. Kürəkənin həbsi xəbəri təkzib edilsə də, oğlu ilə bağlı iddialar açıq qalıb. QMİ-nin əsasən Şeyxin qudasının yaydığı xəbərləri “erməni barmağı olması” ilə izah etməsi doğrusu təəccüblüdür. Çünki media son günlər Şeyxin oğlunun ölkədən küsüb getməsini də, kürəkənin həbsini də Hacı Qalib Salahzadəyə istinadən yayıb…. Bəs nə baş verir?

***

Şeyxin tutduğu posta görə hakimiyyət daxilində aşkar rəqiblərinin olduğunu iddia etmək olmaz. Çünki Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir və nə hökumətdə, nə dövlət postlarında təmsilçiliyi yoxdur. Amma Şeyx özü 24 ildir ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir fiqurdur. Bu illər ərzində o, “din dövlətdən ayrıdır” desə də, siyasətə qarışıb, birmənalı olaraq, həm mərhum prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Şeyxin Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub və çoxları düşünür ki, məhz bu etimadın sayəsində özünü Qafqazın əbədi şeyxi də edə bilib.

Image result for Allahşükür oğlu

Şeyxin bu illər ərzində təkcə siyasi yox, həm də iqtisadi sferaya da ciddi nüfuz edə bildiyi sirr deyil. Özü və yaxın ətrafı bunları təkzib etsə də, Çexiyada mülklər bu iqtisadi gücün yalnız bir hissəsi və ya sənədləşmiş təsdiqidir. Şeyxin Azərbaycan iqtisadiyyatında ciddi payı olan oliqarxlarla tərəzidə az qala bərabər gələ biləcək gücdə olduğu da yeni mövzu deyil. İllərdir ki, mediada bu barədə “Şeyxin biznesi” başlığı ilə yüzlərlə məqalə və araşdırma yazılar dərc edilib.

Təsadüfi deyil ki, “Şeyxin adamları və ya ətrafı” dedikdə QMİ-dəki din xadimləri və ya yerlərdə təyin etdiyi axundlar nəzərdə tutulmur. Şeyx bu illər ərzində iqtisadi qüdrətini artıraraq özünə adamlar və yaxın ətraf yarada bilib ki, onların bəziləri ölkədə, bəziləri isə başqa-başqa dövlətlərdə onunla birgə fəaliyyət göstərirlər. Həm daxildə, həm xaricdə olan bu iş adamlarının Şeyxin patronajlığı altında milyonların dövr etdiyi biznes strukturlarında “xeyli şişdikləri” də iddialar arasındadır. Onları çox az adam tanıyır, amma onların məhz Şeyxlə ortaq hərəkət etdiklərini oliqarxlar yaxşı bilir.

Bir ara QMİ sədrinin biznesinin oliqarxlardan fərqli sahələrdə olduğu barədə yanlış təsəvvür də vardı. Amma Şeyx və ətrafı yalnız “yas və xurma” biznesi ilə oliqarxlara qarşı bunca duruş gətirə bilməzdilər.

Image result for Hacı Qalib olke.az

Şeyxin “vurulması” barədə versiyalardan ən önə çıxanı da məhz onun biznes imperiyası ilə bağlıdır. Postneft dövrü iqtisadiyyatda yeni “təlatümlər” yaratdı. İqtisadiyyatda liberallaşma, gömrük sistemində yeni düzən və monopoliya ilə mübarizə oliqarxların da maraqlarına ciddi zərbə oldu. İndi mal gətirib və ya ölkədən mal çıxarıb pul qazanmaq əvvəlki tək asan deyil, hökumətin böyük paralara nəzarəti də güclənib. “Kölgə iqtisadiyyatı” artıq əvvəlki kimi təhlükəsiz deyil, əksinə, kimin nəyi varsa, üzə çıxarır ki, vergisini ödəsin. Bütün postneft dövründə yaşayan ölkələrdə oliqarxların başı üzərində hər an təhlükə ola bilər ki, bunun nümunəsi kimi qonşu Rusiyanı göstərmək olar. Onlarla qubernator həbs olunub, oliqarx-məmurlar daima hökumətin ciddi nəzarəti altındadır. Şeyx Rusiya milyarderləri kimi populyar deyil, amma onun da “sandığı” heç vaxt boş olmayıb.

İndi mümkündür ki, dünənədək özünə və biznesinə təhlükə olmayan Şeyxin də müəyyən çərçivələrə salınması başlayıb. İstisna deyil ki, bu proses indilikdə hökumətin birbaşa nəzarətində deyil, hansısa biznes dairələrinin marağında da ola bilər. Şeyxin son açıqlamasında “biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq”, deyərək xidmətlərini yada salması, sonra isə “həmişə yaxşı adamlara ehtiyacımız olub. Başqa heç nəyə ehtiyacım yoxdur” əlavə etməsini hökumətdən dəstək ummaq kimi izah edənlər də var. Mümkündür ki, Şeyx biznesi ilə bağlı başlamış prosesin bu dəfə onun üçün heç də yaxşı nəticələnməyəcəyinin fərqindədir. Bu səbəbdən də “yaxşı adamların” dəstəyinə ehtiyacı olduğunu gizlətməyib.

***

Şeyxin həbsi təkzib edilən kürəkəni təcridxanada olan yüksək vəzifəlilərin yaxın adamlarından heç nəyinə görə üstün deyil. Bundan illər əvvəl də Şeyxin digər qudası, məşhur iş adamı Əli Evsen tutulmuşdu, amma onun həbsinin ölkədəki biznesinə heç bir aidiyyəti yox idi. Misir prezidenti Hüsnü Mübarəkin “çirkli pullarının yuyulmasında” suçlanan Əli Evsen çoxdan azadlıqdadır… Şeyxin kürəkəninin tutulması təkzib oluna bilər. Amma bu qədər işlərin ard-arda Şeyxin adı ətrafında baş verməsi, sadəcə, tale yazısına oxşamır.

Image result for QMİ-nin

Şeyxin “vurulması”nın səbəbi barədə başqa bir ilginc iddia da var. Bu Şeyxin oğlunun varis olacağı ilə bağlı bir neçə gün əvvəl ortaya atılmış xəbərlərlə bağlıdır. Heç kimi gözləmədiyi halda Şeyxin qudası, indi oğlu həbs edilmiş Hacı Qalib Salahzadə QMİ sədrinin varisi haqda danışmışdı. Sitata diqqət yetirək: “Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxülislamı olsun”. Bu cür varis məsələlərinin mediada müzakirəsi isə əlbəttə, hökumətdə xoş qarşılana bilməz. Bu xəbərlərdən sonra Şeyxin oğlunun ölkədən getməsi isə bu məsələdə müəmmanı daha da artırmış oldu.

Maraqlıdır ki, QMİ yaydığı bəyanatda Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərləri birmənalı təkzib etməyib: “QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik”.

Tanınmış politoloq Elxan Şahinoğlu da bakupost.az saytına deyib ki, baş verənlər təsadüfə oxşamır: “Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə Şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Daha sonra Şeyxin oğlunun ailəsi ilə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Geniş imkanları olan Şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Elə təəssürat yaranır ki, Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.

Previous Post

Paşazadənin “vurulması“nın şok səbəbləri – sandığı, yoxsa varisi…

Next Post

Nazirlikdən 3 günlük hava xəbərdarlığı

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post

Nazirlikdən 3 günlük hava xəbərdarlığı

Nazirlikdən 3 günlük hava xəbərdarlığı

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.