"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edilib – RƏSMİ

22 İyun 2018 - 17:14
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

ƏƏSMN yaşı 18-dən az olan işçilərin güzəşt və təminatlarını açıqlayıb

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb. 

Elchi.az-ın məlumatına görə, birgə məlumatda bildirilir ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar sektorda prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu sahənin inkişafı sürətləndirilməklə əkin dövriyyəsi genişləndirilib, daha çox əmək ehtiyatları işə cəlb olunaraq infrastruktur müasirləşdirilib, fermerlərin müasir texnika və avadanlıqlarla, o cümlədən keyfiyyətli pestisid və gübrələrlə təminatları gücləndirilib.

Yüksək məhsuldarlığa nail olunması üçün zəruri olan, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə təyinatlı müasir keyfiyyətli pestisid və gübrələrin idxalı və tətbiqi sahibkarlardan, habelə bu sahəyə nəzarəti həyata keçirən vəzifəli şəxslərdən insanlar və ətraf mühit üçün maksimum təhlükəsizliyin təmin olunmasını tələb edir.

Lakin bəzi hallarda bu sahədə mövcud normativ aktların, o cümlədən “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun, “Pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları”nın tələbləri pozulur. Belə ki, son vaxtlar pambıq istehsalı ilə məşğul olan şirkətlər və onların yerli aqronomları və digər məsul şəxslər müvafiq təlimatlara vaxtında əməl etməyərək tarlada çalışan işçilərlə zəruri təlimatlandırma işləri aparmayıb, vətəndaşlar dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb olunub.

Nəticədə 2018-ci il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilib.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırıb, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar verib.

Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilib, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilib.

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürüb. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.

Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək onların tədqiqatı aparılıb, məhkəmə-tibbi, kimyəvi və digər ekspertizalar təyin olunub.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunub.

Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.

Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır.

Previous Post

Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edilib – RƏSMİ

Next Post

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı – Siyahı

Bənzər yazılar

ƏƏSMN yaşı 18-dən az olan işçilərin güzəşt və təminatlarını açıqlayıb

ƏƏSMN yaşı 18-dən az olan işçilərin güzəşt və təminatlarını açıqlayıb

10 Avqust 2026 - 18:37

Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab...

DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

10 Avqust 2026 - 18:26

2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan...

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

10 Avqust 2026 - 18:08

2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I ixtisas qrupu üzrə ümumilikdə...

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır

10 Avqust 2026 - 17:47

12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə...

Next Post
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı – Siyahı

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - Siyahı

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı – Siyahı

Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - Siyahı

Son xəbərlər

Avropanı yeni anomal isti dalğası vurur: Temperatur 40 dərəcəyə çatacaq

Avropanı yeni anomal isti dalğası vurur: Temperatur 40 dərəcəyə çatacaq

10 Avqust 2026 - 19:22
DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır

10 Avqust 2026 - 19:16
“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb

“Qəbələ” braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb

10 Avqust 2026 - 19:04
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

Yeddi ayda icmal büdcənin gəlirləri 28,8 milyard manat olub

10 Avqust 2026 - 18:51
Dövlət qulluqçularının orta aylıq maaşı açıqlandı

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb

10 Avqust 2026 - 18:43
ƏƏSMN yaşı 18-dən az olan işçilərin güzəşt və təminatlarını açıqlayıb

ƏƏSMN yaşı 18-dən az olan işçilərin güzəşt və təminatlarını açıqlayıb

10 Avqust 2026 - 18:37
DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

10 Avqust 2026 - 18:26
Pezeşkian: “ABŞ süni intellektə güvəndiyi üçün İrandakı vəziyyətdə səhvə yol verdi”

Pezeşkian: “ABŞ süni intellektə güvəndiyi üçün İrandakı vəziyyətdə səhvə yol verdi”

10 Avqust 2026 - 18:19
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

10 Avqust 2026 - 18:08
Kiberpolis “Xbet” və “MostBet” üzərindən 10 mln. manatlıq mərc şəbəkəsi aşkarlayıb, 5 nəfər tutulub – VİDEO

Kiberpolis “Xbet” və “MostBet” üzərindən 10 mln. manatlıq mərc şəbəkəsi aşkarlayıb, 5 nəfər tutulub – VİDEO

10 Avqust 2026 - 17:59
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır

10 Avqust 2026 - 17:47
Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

10 Avqust 2026 - 17:35
Kolumbiyada 6,8 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 6,8 bal gücündə zəlzələ baş verib

10 Avqust 2026 - 17:27
Seutaya daxil olan miqrantların sayı 80 minə çatıb

Seutaya daxil olan miqrantların sayı 80 minə çatıb

10 Avqust 2026 - 17:15
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

10 Avqust 2026 - 17:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.