"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“PAL Süd”ü batıran kimlərdir? – FOTO

15 Sentyabr 2015 - 18:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Lənkəranda fəaliyyətə başlayan “PAL süd” şirkətində ciddi maliyyə sıxıntısı var.

Bunu da oxuyun

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

PALMALI Şirkətlər Qrupunun tərkibinə daxil olan “PalSüd MMC” bir neçə aydır ki, Azərbaycanın cənub rayonlarında yaşayan əhalidən gündəlik topladığı təbii südün pullarını ödəyə bilmir.

Bu barədə Qaynar.info-ya məlumat verən qaynaq deyir ki, zavodda çalışan işçilərin əmək haqqlarının ödənməsində də eyni problemlər yaşanır.

Ciddi kapital qoyuluşu və yüksək texnologiyaların tətbiqi ilə ərsəyə gətirilən, Azərbaycan bazarında əhəmiyyətli mövqeyə malik olan “PalSüd”ün üzləşdiyi ağır durum istər-istəməz bir sıra suallar yaradır.

Şirkət fəaliyyətə başladığı ilk gündən ona rəhbərlik edən Eldar Fərəcov(Mübariz Mənsimovun xalası oğlu – red.) bir müddət sonra vəzifəsindən uzaqlaşdırılmış, onun yerinə Türkiyədən Zeki Aşçı adlı mütəxəssis gətirilmişdi. Amma çox keçməmiş Zəki Aşçını “Palsüd” “çiçəyinə daraşmış yerli arı”lar sancaraq, vətəninə yola saldı və Eldar Fərəcov yenidən zavod rəhbərliyinə qaytarıldı. Halbuki, gəzən söz-söhbətlərə görə, Eldar Fərəcov bu vəzifədən məhz yol verdiyi kobud nöqsanlara görə uzaqlaşdırılmışdı. Hətta belə deyildisə də, şirkəti rentabelli müəssisəyə çevirə bilməyən bir şəxsin yenidən rəhbərliyə qaytarılması məntiqli görünmür.

Müəssisənin zərərlə çalışdığını isə “Palmali” Şirkətlər Qrupunun sahibiMübariz Mənsimovun özü də təsdiq edir. Bir müddət öncə o, müsahibələrinin birində bu məsələyə toxunmuşdu:

“Mən vətənimə necə kömək edə bilərəm deyə düşünürəm. Bəziləri deyir ki, “PAL süd” belə gəldi, belə getdi. Azərbaycana yatırım edirsiz, pul qazanırsız. Şirkət yalnız “PAL süd”ə hər ay 1 milyon manat pul göndərir. “Palmali” olaraq biz Azərbaycanda pul qazanmırıq. Ziyanları bağlamaq üçün yardım edirik. İnsanlar bunları danışsınlar, boş-boş danışmaq lazım deyil. Əgər bu işləri bizdən yaxşı görə bilən qəhrəmanlar, igidlər varsa, biz komandanı və işlərimizi onlara verib çıxmağa hazırıq”.

Son aylar zavodda maliyyə durumunun daha da ağırlaşması isə görünür, baş ofisdən gələn aylıq dotasiyaların kəsilməsi və ya kəskin azalması ilə bağlıdır.

Əslində “Palsüd” Azərbaycan bazarının liderlərindən biridir. Alıcılar da məhsulun keyfiyyətindən razıdır. Məhsulun reklam problemi yoxdur. Ölkədə hər kəsin tanıdığı və razı qaldığı bir brend niyə zərərlə işləməlidir?

Bəlkə problemi idarəçilikdə və zavodun xərclərinin süni sürətdə şişirdilməsində axtarmaq lazımdır?

Eyni problem Palmali Şirkətlər Qrupuna daxil olan digər bir qurum – “Xəzər Lənkəran” futbol klubunda da var. İndiyə qədər yüzmilyonlarla dollar yatırım alan bir klub uzun illərdir ki, heç bir uğuru ilə yadda qalmır. “Palsüd” rəhbərliyində baş verənlər eyni ssenari ilə burda da dəfələrlə baş verib və oxşar dəst-xətti xatırladır. Sonuc da eynidir. Artıq burda da futbolçular aylardır məvacib ala bilmir, bir çox futbolçulara külli miqdarda borclar yaranıb. Əcnəbi futbolçularla baş verən qalmaqallar, kluba tətbiq edilən sanksiyalar durumu daha da ağırlaşdırıb.

Artıq xalq arasında zarafatla dolaşan söz-söhbətlərə görə, rəhbərlik futbolçulara “gedin süd satıb pulunuzu çıxardın” mesajını verib.

Əlbəttə, dünyanın beş ən böyük gəmi daşımaçı şirkətlərindən birini quran və 45 min işçisi olan Mübariz Mənsimovu idarəçiliyi zəif bilməkdə qınamaq sadəlöhvlük olardı. Amma Palmali Şirkətlər Qrupunun Azərbaycandakı qollarının uğursuzluğu təəssüf doğurur. Ümumi analizlərdən doğan nəticə budur ki, bunun əsas səbəbi rəhbərliyin qohumlara tapşırılması və onların kobud idarəçilik səhvlərinin limitsiz bağışlanmasıdır.

Previous Post

“PAL Süd”ü batıran kimlərdir? – FOTO

Next Post

Əli Cəfərov da namizədliyini verdi

Bənzər yazılar

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Next Post

Əli Cəfərov da namizədliyini verdi

Əli Cəfərov da namizədliyini verdi

Son xəbərlər

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

09 Noyabr 2026 - 16:39
Yağışa görə bu oyun təxirə düşdü

Yağışa görə bu oyun təxirə düşdü

09 Noyabr 2026 - 16:30
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək

09 Noyabr 2026 - 16:14
Özgür Özəl İlham Əliyevi təbrik etdi

Özgür Özəl İlham Əliyevi təbrik etdi

09 Noyabr 2026 - 16:01
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişib

09 Noyabr 2026 - 12:30
Sabah Bakıya yağış yağacaq

Sabahın havası açıqlanıb

09 Noyabr 2026 - 12:21
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

09 Noyabr 2026 - 12:00
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

09 Noyabr 2026 - 11:59
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

09 Noyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.