Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərində güclü yağışlar nəticəsində azı 19 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
Elchi.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Pakistanın Hayber-Paxtunxva əyalətinin Bannu və Lakki Mərvat bölgələrində yağan güclü yağışlar nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 nəfər həyatını itirib, 146 nəfər yaralanıb. Bu ərazilərdə bir çox evlərin damları uçub, bəzi yerlərdə divarlar uçub.
Güclü yağışlar Pəncabın Sarqoda, Qucranvala, Faisalabad və Huşab bölgələrində də təsirli olub.
Hüşabın Çan kəndində evin divarının uçması nəticəsində 3 nəfər ölüb.
Qucranvalada isə yağışlar nəticəsində baş verən qəzalarda 10 nəfər xəsarət alıb.
Bu ərazilərdə elektrik enerjisi kəsilib.
Yağışların təsirli olduğu bölgələrdə axtarış-xilasetmə işləri davam edərkən, xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Nuranə Məmmədova