Pakistanda etiraz aksiyasında ölənlərin sayı açıqlanıb

157

Pakistanda keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşinin həbsindən sonra keçirilən etiraz aksiyaları zamanı azı 8 nəfər ölüb, 290 nəfər yaralanıb. Elchi.az xəbər verir ki, bu barədə “Davn” məlumat yayıb.

Telekanalın məlumatına görə, Pakistan boyu küçə qarşıdurmaları nəticəsində 1900-dən çox etirazçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri etiraz aksiyalarına təhrik və təşkil etdiyinə görə saxlanılıb, bundan əvvəl isə İslamabad məhkəməsi ölkənin keçmiş baş nazirini terror işi ilə bağlı həbs edib.

Havar Şəfiyeva