Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz elan edib

125

Pakistan Konstitusiya Məhkəməsi İmran Xanın azadlığa buraxılması barədə göstəriş verib.
Pakistanın Konstitusiya Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsinin “qanunsuz” olduğunu və onun dərhal azad edilməsinə qərar verib.
Elchi.az xəbər verir ki, Geo News televiziyasının məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının Xanın həbsi ilə bağlı şikayətinə Konstitusiya Məhkəməsində baxılıb. Məhkəmə keçmiş baş nazir Xanın həbsinin “qanunsuz” olduğunu və onun dərhal azad edilməsinə qərar verib.
2022-ci il aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 “yox” səsi ilə yıxılmışdı.
2022-ci il aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.
Xan, koalisiya hökumətinin növbədənkənar seçkilər elan etmədiyini əsas gətirərək 28 oktyabr 2022-ci ildə Lahordan İslamabada yürüşə başlayıb.
3 noyabr 2022-ci ildə Vəzirabadda konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Mayın 8-də Pakistan ordusu keçmiş baş nazir İmran Xanın ona qarşı sui-qəsdin arxasında yüksək rütbəli kəşfiyyat rəsmisinin dayanması ilə bağlı iddialarını “məsuliyyətsiz və əsassız” adlandırıb.
Han mayın 9-da Milli Hesabatlılıq Bürosunun qərarı ilə həbs edilib.
Sözügedən hadisə Xanın yüksək səviyyəli bir kəşfiyyat məmurunu ona qarşı sui-qəsdin arxasında durmaqda ittiham etməsindən sonra baş verib.

Nuranə Məmmədova