Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib.
Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.
Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.
Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimində tapşırıqlar icra olunub
Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki,...




















Son şərhlər