"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ollanda yaxın mənbə sabahkı Qarabağ sammiti haqda: “Çətin döyüş olacaq…”

26 Oktyabr 2014 - 17:08
in SİYASƏT
FacebookVatsap

Sabah – oktyabrın 27-də Parisdə, Yelisey sarayında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi 69492_res_01ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxdan gözlənilən danışıqlar olacaq.

Bunu da oxuyun

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Virtualaz.org saytı xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan Parisə bu gün yola düşür. Sərkisyanın mətbuat xidməti onun xarici işlər naziri Edvard Nalbəndyanın və xarici siyasət müşavirlərinin müşayiəti ilə Parisə işgüzar səfərə yola düşəcəyini xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyevin isə Parisə bu gün, yaxud sabah gedəcəyi hələ dəqiq deyildi.

Bu, iyul-avqust aylarında təmas xəttində gedən şiddətli döyüşlərdən və münaqişə ətrafında vəziyyətin son dərəcədə gərginləşməsindən sonra İlham Əliyevlə Serj Sərkisyanın üçüncü danışıqları olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə təşkil olunan üçtərəfli görüş ərəfəsində Ermənistan cəbhədə vəziyyəti gərginləşdirdi və Azərbaycan prezidentinin, müdafiə nazirinin ölkədə olmadığı bir vaxtda iki istiqamətdən qəfil hücum həyata keçirdi. Nəticədə təmas xəttində hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunan döyüşlər başladı.

Soçi görüşündən sonra hər hansı irəliləyiş əldə olunmasa da təmas xəttində gərginlik nisbətən səngidi.

Daha sonra İlham Əliyevlə Serj Sərkisyan Uelsdə, ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə görüşdülər. Bu görüş də münaqişənin həlli yollarını axtarmaqdan daha çox gərginliyi yumşaltmağa yönəlmişdi və indi belə görünür ki, tərəfləri danışıqlar masası arxasında saxlamağa yönəlmiş səyləri davam etdirmək üçün estafeti Fransa prezidenti üzərinə götürür.

“Frans press” agentliyinin sabah Yelisey sarayında baş tutacaq danışıqlar barədə yaydığı məlumatda deyilir ki, Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək. Bununla da Avropa Dağlıq Qarabağ ətrafında “irinləmiş” münaqişənin həllinə yeni təkan verməyə çalışacaq.

Agentlik xatırladır ki, Paris görüşü ərəfəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer “Ukraynada müharibənin getdiyi günlərdə regionda gərginliyin kəskin artmasından sonra” Bakıya və İrəvana səfər edib.

“20 ildən çoxdur davam edən qanlı münaqişədə bu görüş sayəsində dönüş yaranacağını çoxları gözləmir. Bununla belə həmin görüş prezidentləri bir araya gətirmək, onları gərginliyi azaltmaq üçün danışıqlar masası arxasına qaytarmaq, münaqişənin həlli yollarını axtarmaq üçün birgə işləməyə sövq etmək baxımından mühümdür” – deyə Fransa prezidentinin yaxın ətrafındakı diplomatik mənbə “Frans press”ə bildirib.

Agentlik qeyd edir ki, neftlə zəngin, hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən böyük olan Bakı ermənilərin işğalı altında olan Dağlıq Qarabağ regionunu və bitişik rayonları güc yolu ilə geri qaytara biləcəyinə dair xəbərdarlıq edir. Rusiya tərəfindən silahlandırılan Ermənistan isə bütün hücumları dəf edə biləcəyini deyir.

Məqalədə bu ilin iyul-avqust aylarında təmas xəttində baş vermiş şiddətli atışmalar xatırladılır. Agentlik qeyd edir ki, Azərbaycanla və Moskvanın müttəfiqi olan Ermənistan arasında həmin gərginlik Rusiya ilə Qərb arasında Ukraynaya görə kəskinləşən münasibətlər fonunda baş verirdi.

“Ukraynada baş verən həmin hadisələr bu münaqişəyə dolayısı ilə təsir göstərdi. Rusiyanın Krımı ilhaq etməsi münaqişə ətrafında ümumi iqlimi daha da korladı” – Ollandın ətrafındakı mənbə bildirib.

Fransalı diplomat etiraf edib ki, “Ollandın Azərbaycan-Ermənistan dialoquna dəstək göstərmək səyləri çətin döyüş olacaq”.

“Hansısa irəliləyişin baş verməsi olduqca təəccüblü olardı. Ancaq prezident Ollandın tərəfindən hər iki tərəfi dialoq aparmaq baxımından irəliləyişə nail olmağa iradə var” – diplomat əlavə edib.

Agentlik F.Ollandın Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sərkisyanla ayrı-ayrılıqda görüş keçirəcəyini, daha sonra müzakirələrin üçtərəfli formatda davam edəcəyini qeyd edib.

F.Məmmədov

Previous Post

Ollanda yaxın mənbə sabahkı Qarabağ sammiti haqda: “Çətin döyüş olacaq…”

Next Post

İrana qarşı güzəştlərə start verildi

Bənzər yazılar

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29

"Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır". Elchi.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun...

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfərə gedib. Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə...

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk...

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

28 İyul 2026 - 16:23

Ötən bir il ərzində Rusiya əsirliyindən xilas olan 10 ukraynalı hərbçi Azərbaycanda reabilitasiya kursu keçib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

İrana qarşı güzəştlərə start verildi

İrana qarşı güzəştlərə start verildi

Son xəbərlər

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.