Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 959 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 005, bu günə qədər isə ümumilikdə 7 341 262 test icra olunub.