Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 518 aktiv xəstə var. Bu günə qədər 9 822 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 025, bu günə qədər isə ümumilikdə 7 166 533 test icra olunub.
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...





















Son şərhlər