Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Bu barədə Elchi.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın qiymətində qeyd edilib.
Bahalaşma isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...





















Son şərhlər