İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumlarında həyatını itirən jurnalistlərin sayının 35 olduğu açıqlanıb.
Elchi.az xəbər verir ki, Qəzza hökumətinin Media İdarəsi öz Telegram səhifəsində İsrailin Qəzzaya hücumları nəticəsində 35 jurnalistin həyatını itirdiyini açıqlayıb.
Bəyanatda ölən 35 jurnalistin adlarının yer aldığı siyahı dərc edilib.
İsrailin Livanla sərhədində baş verən qarşıdurma zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində livanlı jurnalist həyatını itirib.
Nuranə Məmmədova