Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia-nın bazar dəyəri ABŞ-ın pərakəndə nəhəngi Amazon-u ötüb.
Elchi.az xəbər verir ki, “Nvidia” bazar dəyəri baxımından Amazonu qısa müddətə geridə qoyub.
Nvidia-nın səhmləri bu gün bir qədər ucuzlaşaraq 721,28 dollara düşsə də, şirkətin səhmlərində artım cəmi 9 ticarət gününün tamamlandığı fevral ayında 17 faizi ötüb.
İlə 500 dollardan bir qədər aşağı başlayan şirkətin səhmlərinin 2024-cü ilin əvvəlindən bu yana təxminən 46 faiz dəyər qazanması da diqqət çəkib.
Nvidia-nın bazar dəyəri bu gün 1,78 trilyon dollar olsa da, şirkət bazar dəyəri baxımından ABŞ-ın pərakəndə nəhəngi Amazon-u geridə qoyub.
Amazon-un səhmləri bu gün 2,15 faiz azalaraq 168,64 dollara düşdüyü halda, şirkətin bazar dəyəri 1,75 trilyon dollar səviyyəsində qalıb.
Beləliklə, Nvidia ABŞ-ın dördüncü ən dəyərli şirkəti oldu, Amazon isə beşinci yerə düşdü.
Ölkənin ən qiymətli üç şirkəti 3 trilyon dollarla Microsoft, təxminən 2,9 trilyon dollarla Apple və 1,8 trilyon dollarla Alphabetdir.
Keçən ilin may ayında şirkətin bazar dəyəri süni intellekt çiplərinə artan tələbat nəticəsində 1 trilyon dollara çatıb.
Nuranə Məmmədova