"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Nurçuların Azərbaycana gəlişinə Elçibəy razılıq vermişdi

19 Avqust 2016 - 13:11
in MANŞET
FacebookVatsap

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Azadlıq” radiosuna müsahibə verib, Azərbaycanda Gülən camaatının necə təşəkkül tapmasından və ərəblərin turist qismində ölkəyə təhlükəli axınından, İŞİD təhlükəsindən, habelə müxalifətin Fətullah Gülənlə əməkdaşlığından (Əli Kərimli və yaxın ətrafının fətullahçılarla işbirliyinə dair məlumatlar bu günlərdə jurnalist Eynulla Fətullayevin araşdırmalarında əks olunmuşdu.-red) danışıb.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

 

Həmin müsahibəni kiçik redaktələrlə təqdim edirik:

-Nurçuluğun bir qolu olan Gülən təriqəti Azərbaycanda necə yayıldı?

– Nurçuluq Said Nursidən başlayır, Atatürkün, dünyəvi türk dövlətinin əleyhinə yaradılmışdı. Nursinin ölümündən sonra bu işi Türkiyənin kənarına çıxardılar, 163 ölkədə kiçik qrupları var.

Onlar Azərbaycanda 1992-ci ildən yayılmağa başladılar. Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi yaradıldı. Universitet dövlət müəssisəsi idi və burda dini fakültə yaradılması Konstitusiyaya zidd idi. Amma prezident Əbülfəz Elçibəy razılıq vermişdi.

Bundan sonra Fethullah Gülen Nursinin ən böyük arzusunu – universitet yaratmaq arzusunu yerinə yetirdi. Gülen bu arzunu başqa ölkədə yox, Azərbaycanda reallaşdırdı, Qafqaz universitetini, sonra liseylər şəbəkəsini yaratdı və 17 lisey fəaliyyətə başladı, onların heç biri Təhsil Nazirliyinə tabe deyildi.

Həqiqətən, verdikləri dərs, elm çox güclüydü. Uşaqlar bunun arxasında hakimiyyətə gəlmək niyyətinin durduğunu əvvəlcədən bilmirdiər. Onları universitetlərə, oxuyub qurtarandan sonra dövlət müəssisələrinə yerləşdirirdilər. Türkiyədəki sistemı qısa vaxtda burda da yaratdılar.

Mən hələ 2002-ci ildə bu liseylərin bağlanmalı olduğunu yazmışdım. Onların sakit fəaliyyətinə uymaq olmaz, son məqsədləri hakimiyyətə gəlməkdir, amma heç bir qan tökmədən, inqilabsız.

– Gülençilər Azərbaycan üçün nə qədər təhlükəlidir? Bugünlərdə hüquq-mühafizə orqanları onlarla bağlı cinayət işi açıldığını bəyan etsə də, detallar açıqlanmır.

– Bu gün Gülençilərdən Azərbaycana təhlükə gözləmirəm, mən bu təhlükəni İŞİD-dən gözləyirəm və bunu görürəm.

– Müxalifət sıralarında Gülənçilərin olduğu da deyilir…

– Hakimiyyətə gəlmək iddiası olan adamları həmişə işbirliyində görmək rahatdır. İkincisi, Leninin bir sözü vardı: “İnqilabın qələbə çalması üçün şeytanla da dostluq edə bilərəm”. Ona görə müxalifətçilərin Gülençilərlə əlaqəsi ola bilər və bu normaldır. Mübarizənin formasıdır.

– Qayıdaq İŞİD təhlükəsinə. Dediniz ki, əsas təhlükəni onlardan gözləyirsiniz. Bu narahatlıq haradan qaynaqlanır?

– Son iki ayda Yaxin Şərqdən, xüsusən də İraqdan, Suriyadan gələn turistlərin sayı həddən çoxdur. Hətta bunu turizminərəbləşməsi kimi qiymətləndirirəm. Ərəblərin sayı turistlərin 40-50 faizini təşkil edir. Gələnlər də 7-8 nəfərlik qrplardır. Aralarında bir yaşlı kişi, ya qadın olur, qalanları cavanlardır, başları da bağlı.

Mən ərəbşünasam. Bunlar ərəbcə danışanda başa düşürsən ki, onlar Azərbaycanın bölgələrinə gələn ərəb turistlərlə danışır, məlumat alırlar. Bunların hamısının bir-biri ilə ciddi əlaqəsi var. Mehmanxana ətrafında fırlananda bu söhbətləri eşidirsən. Bu da məni təşvişə salır.

Mehmanxanalarda təhlükəsizlik tədbiri görülmür, baqajları yoxlanılmır. O gün birinin baqajında 7-8 boru gördüm. Bu, nəyə lazımdır ki?

– Mehmanxanalarda adətən nəzarət kameraları yerləşdirilir. Bəlkə bu şəkildə ərəb turistlər də izlənir?

– Kameralar ola bilər. Amma bu kamera terror aktı törədildikdən sonra lazım olur. Bizə lazımdır ki, terror aktı olmasın. Buna görə deyirəm ki, bu gün Azərbaycanda Gülençilərin yox, terror törətməyə cəhd edən insanların sayı çoxdur. Gülençilərin terrorçulara aidiyyatı yoxdur. Bunlar İŞİD-ə, islam xilafətinə aiddirlər. Azərbaycan Yaxın Şərq yaxınlığında yeganə müsəlman ölkəsidir ki, əmin-amanlıq içində yaşayır. Burda qarışıqlıq salsalar, bizə çox çətin ola bilər.

– Azərbaycan kimin hədəfində ola bilər?

– İŞİD-in hədəfindədir. Bunu dəfələrlə açıq deyiblər. Amma hədəfdə olduğumuzu bilərək təhlükəsizlik tədbirləri görülürmü? Məncə, yox.

Turist axınını, onların davranışını görəndə onlarla heç kimin məşğul olmadığını başa düşürəm. Hotellərin məqsədi pul qazanmaqdır, təhlükəsizlik aşağıdır.

Buna görə narahatam, bizdə ciddi mütəxəssis qrupu yoxdur ki, gələnləri nəzarətdə saxlaya bilsinlər. Beşulduzlu hoteldə iki-üç ay qalmağa pul lazımdı. Hardandır o pul 7-8 nəfərlik ailə üçün? Niyə bura gəlirlər? Niyə cavanlar 3 ay yayı burda keçirirlər? İraqda, Suriyada belə varlı insanlar varmı indi? Gəlmək imkanları varmı? Bəlkə Suriya, İraq pasportu ilə başqa ölkələrdən gəlirlər? Niyə Antalyaya, Bodruma getmirlər?

Previous Post

Nurçuların Azərbaycana gəlişinə Elçibəy razılıq vermişdi

Next Post

Səhiyyə Nazirliyi ana ölümlərinin səbəblərini açıqlayıb

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək

11 Sentyabr 2026 - 18:14

İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Next Post

Səhiyyə Nazirliyi ana ölümlərinin səbəblərini açıqlayıb

Səhiyyə Nazirliyi ana ölümlərinin səbəblərini açıqlayıb

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.