"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Nobeli Azərbaycana İlham Əliyev gətirə bilər”

11 Oktyabr 2014 - 12:47
in MÖVQE
FacebookVatsap

Əkrəm Əylisli Nobel Sülh Mükafatı barədə fikirlərini azadliq.org-a açıqlayıb.1413012683

Bunu da oxuyun

Zaxarova: Ukrayna müstəqilliyini və mədəniyyətini itirib

Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

 

Yazılı açıqlamada deyilir:

 

Əvvəla, məmləkətimizin kütləvi informasiya şəbəkəsində Nobel Mükafatı mövzusu ətrafında gedən söz-söhbətə mən də öz tərəfimdən bir qədər aydınlıq gətirmək istəyirəm və bəri başdan deməyi lazım bilirəm ki, bu mükafata kiminsə namizəd göstərilməsi ölkələr, dövlətlər, rəsmi və yaxud qeyri-rəsmi təşkilatlar tərəfindən icra edilmir.

 

Bu məsələ yalnız və yalnız  ayrı-ayrı müstəqil ekspertlərin vahid qrup halında Nobel Komitəsinə müraciəti əsasında həyata keçirilir.

 

Dəqiqliyinə zəmanət vermirəm, ancaq mənim bildiyimə görə, bu müraciət azı 10 nəfər ekspert tərəfindən imzalanmalıdır və bu adamların hər biri ən azı professor dərəcəsində elmi-pedaqoji statusa malik olmalıdır.

 

«Bunu ermənilər təşkil elədi» və yaxud «burada yəhudi barmağı var» deyənlər, sadəcə, hər şeyə qulp qoymağa adətkərdə olan savadsız, məlumatsız, qeybətcil və şayiəbaz adamlardır.

 

«Birincilik qazanmağım… xalis möcüzə olardı»

 

Mükafatın kimə verilməsini, söz yox ki, Nobel Komitəsinin özü müəyyənləşdirir. Ancaq ekspert qrupuna daxil olan şəxslərin ictimai avtoriteti və elmi sanbalı da bu işdə əsaslı rol oynayır.

 

Mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürən 13 nəfərdən ibarət ekspert qrupunun tərkibinə, əsasən, ABŞ, İngiltərə və Rusiyanın elm və sənət adamları daxil idi. Bunların bir qisminin İsveç Kral Akademiyasında da tanınan simalar olduğunu güman etdiyimə görə, mən özümü bu mükafata az-çox şanslı sayırdım. Builki sülh mükafatına daha kimlərin namizəd göstərildiyini biləndən sonra, açığını deyim ki, bu şansın məndən ötrü çox minimal şans olduğunu başa düşdüm. Roma Papası, BMT-nin baş katibi, Almaniya kansleri və daha kimlər və kimlər…

 

Bu favorit namizədlərin arasında mənim birincilik qazanmağım, əlbəttə, xalis möcüzə olardı və bu möcüzə, bildiyimiz kimi, baş vermədi. Mən bu fikrimdə hələ də israrlıyam ki, belə bir sanballı-avtoritetli mükafata namizəd göstərilmək elə özü-özlüyündə də xırda məsələ deyildi.

 

Mənim keşməkeşli taleyimin bu da belə bir fəsli, mövsümü idi. Mövsüm keçdi, fəsil arxada qaldı, amma həyat davam edir. İndi məni düşündürən budur ki, görəsən, başqa bir mötəbər ekspert qrupu bizlərdən kiminsə bu mükafata təqdim edilməsinə yaxın gələcəkdə imza atacaqmı?

 

«Nobel Sülh Mükafatı… Azərbaycana gələ bilərdi»

 

Görəsən, Nobel Mükafatı Azərbaycana haçan gələcək və ümumiyyətlə, gələcəkmi?

Ədəbiyyat və elmimizin indiki səviyyəsi bu barədə nikbin düşünməyə, təəssüf ki, heç bir əsas vermir.

 

Ancaq burası da var ki, Nobel Sülh Mükafatı hələ ötən əsrin 90-cı illərində Azərbaycana gələ bilərdi. Onu Dağlıq Qarabağda gedən döyüşlərin ən təhlükəli mərhələsində atəşkəsə qərar verib, bu qərarı həyata keçirməyi bacaran Heydər Əliyev Azərbaycana gətirə bilərdi.

 

Bu məsələ indi, uzaqdan-uzağa, bizə asan görünür. Əslində isə bu qərarı qəbul etmək və onu həyata keçirmək o zaman dövlət başçısından böyük siyasi iradə, risk, cəsarət, fenomenal təşkilati səriştə tələb edirdi. Bu, həm də Nobel Sülh Mükafatının ənənəvi prinsiplərinə hər bir cəhətdən uyğun gəlirdi.

 

«Mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm ki…»

 

Nobel Mükafatını Azərbaycana gətirə biləcək bu yeganə real namizəd o vaxt nədənsə gündəmə gəlmədi. Ancaq gündəm dəyişsə də, məncə, bu şans hələ ki, qalır. Ona görə qalır ki, atəşkəsin məntiqi davamı böyük sülh sazişidir. Və bu gün mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm ki, əgər ölkəmizin indiki prezidenti cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında belə bir sazişin imzalanmasına nail olub, iki qonşu xalq arasında normal münasibətlərin bərpa edilməsinə rəvac verərsə, o zaman Nobel Sülh Mükafatının Azərbaycana gəlməsi həqiqətən labüd və qaçılmaz olacaq.

 

P.S.: Mənim idealist olduğumu çoxdan iddia eləyənlər özlərinin bu iddiasını bir daha təsdiq etməyə tələsməsinlər. İstərdim bu adamlar bilsinlər ki, mən idealist olduğum qədər də realistəm.

 

Previous Post

“Nobeli Azərbaycana İlham Əliyev gətirə bilər”

Next Post

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

Bənzər yazılar

Zaxarova: Ukrayna müstəqilliyini və mədəniyyətini itirib

Zaxarova: Ukrayna müstəqilliyini və mədəniyyətini itirib

02 Sentyabr 2026 - 11:28

Zaxarova: Ukraynada mədəniyyətin məhv edilməsini gizlətmək üçün simvollardan istifadə olunurdu. Elchi.az xəbər verir ki, Ukraynalı siyasətçilər ölkənin mədəniyyətinin məhv edilməsini...

Tramp: “İranla razılaşmaya can atmıram”

Tramp: “İranla razılaşmaya can atmıram”

02 Sentyabr 2026 - 09:45

ABŞ Prezidenti Donald Tramp silahlı münaqişəyə son qoymaq üçün İranla hər hansı razılaşmanın əldə olunmasına can atmadığını bildirib. Elchi.az xəbər...

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

01 Sentyabr 2026 - 12:08

ABŞ və İran arasında gərginlik artdıqca, ABŞ ordusu ilə bağlı yeni bir iddia ortaya çıxdı. ABŞ ordusunun katibi Daniel Driskollun...

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Next Post

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

Son xəbərlər

Qarabağın minalardan təmizlənməsi üçün 75 milyon manata yaxın vəsait ayrıldı

Azad edilmiş ərazilərdə i​​​​​​ndiyədək 300 min ha minadan təmizlənib

02 Sentyabr 2026 - 12:27
İsrail nəşri “David Seliverstov”dan, Əbilovun “Ajmedia” fırıldağından yazdı — Təfərrüat

İsrail nəşri “David Seliverstov”dan, Əbilovun “Ajmedia” fırıldağından yazdı — Təfərrüat

02 Sentyabr 2026 - 12:24
Misirdə sərnişin avtobusu qəzası: Çoxsaylı ölü və yaralı var

Misirdə sərnişin avtobusu qəzası: Çoxsaylı ölü və yaralı var

02 Sentyabr 2026 - 12:13
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev: Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir

02 Sentyabr 2026 - 12:01
BM-dən kritik xəbərdarlıq: 1,5 dərəcəlik hədd bir neçə ilə aşılacaq

BM-dən kritik xəbərdarlıq: 1,5 dərəcəlik hədd bir neçə ilə aşılacaq

02 Sentyabr 2026 - 11:57
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib

02 Sentyabr 2026 - 11:48
İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanladı – YENİLƏNDİ

İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanladı – YENİLƏNDİ

02 Sentyabr 2026 - 11:41
Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb

Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb

02 Sentyabr 2026 - 11:33
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır

02 Sentyabr 2026 - 11:30
Zaxarova: Ukrayna müstəqilliyini və mədəniyyətini itirib

Zaxarova: Ukrayna müstəqilliyini və mədəniyyətini itirib

02 Sentyabr 2026 - 11:28
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Azərbaycan lideri Vyetnam Prezidentini təbrik edib

02 Sentyabr 2026 - 11:24
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron müraciət sabah başa çatacaq, 124 mindən artıq uşağın qəbul prosesi tamamlanıb

02 Sentyabr 2026 - 11:16
ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb

02 Sentyabr 2026 - 11:09
BMT: Nepalda baş verən daşqınlar ən azı 2,2 milyon ton dağıntı qoyub

BMT: Nepalda baş verən daşqınlar ən azı 2,2 milyon ton dağıntı qoyub

02 Sentyabr 2026 - 11:07
Bəhreyn vətəndaşları ən yaxın təhlükəsiz yerə getməyə çağırır

Bəhreyn vətəndaşları ən yaxın təhlükəsiz yerə getməyə çağırır

02 Sentyabr 2026 - 10:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.