"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Niyə Qarabağı tamam azad etmədik?

09 Aprel 2016 - 14:46
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Niyə Qarabağı tamam azad etmədik?
Bəlkə də elə incə məqamlar var ki, biz onları bilmirik. Bəlkə də elə reallıqlar var ki, onları görə bilmirik. Bircə onu bilirik ki, bu son günlərdə ölkədə çox böyük ruh yüksəkliyi var. İnsanlar sanki on illərin sınıqlığından, əzginliyindən çıxıblar, özlərinə inanmağa başlayıblar. Bəli, bu son günlərdə özümüz haqdakı təsəvvürləri dəyişdik. 
Göstərdik ki, azərbaycanlılar tək bayatı deməyi, yanıqlı-yanıqlı “Qarabağ şikəstəsi” oxumağı deyil, həm də döyüşməyi bacarırlar. Bu isə çox mühüm məqamdır. Zərrə qədər şübhə etmirik ki, əgər icazə olarsa, azərbaycanlılar bu ruhla düz gedib Xankəndinə çıxa bilərlər.
Amma növbəti atəşkəsə qərar verildi. Olsun. Görünür, bizim bilmədiyimiz hansısa reallıqlar var. Görünən budur ki, Rusiya yaman fəallaşıb. Bu bir neçə gündə ruslar əməlli- başlı təlaş keçirdi, yüksək rütbəli adamlar Bakıya gəldi və nələrisə müzakirə etdi…
Amma mənə ən çox ləzzət edən R.T.Ərdoğanın bəyanatı oldu. Dedi ki, Qarabağ münaqişəsində tərəf varsa, o da Rusiyadır. Üstəlik, əlavə etdi ki, ölkə Ukraynada tərəf olub, Gürcüstanda tərəf olub, Suriyada tərəf olub…
Doğru sözə nə deyəsən? S.Lavrov deyir ki, indi münaqişənin həllinə çox yaxınıq. Amma mən Rusiyanın səmimiyyətinə inanmıram. Qarabağ problemi bu ölkə üçün qarmaq kimi şeydir, onun köməyilə Azərbaycanı da, Ermənistanı da özünə sərf edən məsafədə saxlayır.
Əslində Azərbaycan ondan çox şey ummur, sadəcə, bitərəf qalmasını istəyir. Di gəl ki, Rusiya bitərəf qala bilmir, çünki tərəfdir, çünki Qarabağın işğalının arxasında dayanır. Elə bu səbəbdən də bir daha deyirik ki, bu ölkənin səmimiyyətinə qətiyyən inanmırıq. Özümüzə inanmalıyıq. Nə qədər ki, biz öz ərazimizdə hərbi əməliyyatlar aparırıq, heç kim bir söz deyə bilməz.
Ordumuza inanmalıyıq. Ermənistan bu vaxta qədər nəzarətdə saxladığı və bufer zona kimi zəbt etdiyi rayonları elə asanlıqla işğal etmişdi ki, onda bizim insanlarla bağlı yanlış təsəvvür yaranmışdı – güman edirdilər ki, azərbaycanlılar heç bir vaxt ordu yarada bilməyəcək, heç vaxt döyüşməyi və hücum etməyi öyrənə bilməyəcəklər. Amma budur, azərbaycanlılar ordu yaratmağı da, döyüşməyi də öyrəndi. Hamı öyrənir. Biz də öyrəndik, ən əsası da öz səhvlərimizdən. Daha əvvəlki səhvlər olmayacaq. Daha zəif Azərbaycan olmayacaq, çünki zəif Azərbaycan artıq keçmişdə qaldı….
Güclü orduya malik olmağın başqa tərəfi də var. Güc olmayanda diplomatiya da köməksiz olur, güc olmayanda diplomatlar da yazıq olurlar. Son hadisələr diplomatiyamızın da mövqelərini möhkəmləndirdi, indi elə diplomatlarımız da özlərini daha inamlı hiss edəcəklər…
Əvvəldə dedik ki, Rusiyanın canfəşanlığına inanmırıq. Amma onlar həqiqəti deyirsə və ortalıqda həqiqətən mühüm razılaşma konsepsiyası varsa danışıqlar ərəfəsində vəziyyətimiz daha möhkəm və etibarlı, həm də güclü olacaq.
Ona görə də düşünürük ki, baş verənlər Qarabağ problemində mühüm dönüşün ərəfəsidir. Artıq hamı deyir ki, mövcud status-kvo yolverilməzdir və vəziyyət dəyişməlidir. Əslində bu qənaət çoxdan meydana çıxmalı idi. Ona görə ki, atəşkəs düz 22 ildir ki, davam edir.
Bir məqamı nəzərə almaq lazımdır ki, atəşkəs hələ problemin həlli, sülh demək deyildir, o, bir növ problemin siyasi həllini tapmaq üçün taym-autdur. Məsələnin siyasi həllini tapmaq lazım gələcək, özü də çox tez zamanda. Bir daha deyirik ki, Azərbaycanın gücünü göstərməsi bu prosesi sürətləndirəcək…
Bir məsələni də demək lazımdır. Təəssüf ki, Rusiya ilə danışıqların təfərrüratı bizə məlum deyil. Əslində danışıqlar çoxdan aparılır. Bəlkə də bir ildir və ya bir az da artıqdır ki, media hansısa “Lavrov planı”ndan yazır…
Ola bilsin ki, elə həqiqətən də belə şey var. Amma bir daha deyirik ki, Rusiya indi malik olduğu qarmağı əldən verməz, hətta versə belə, bunu nəyinsə müqabilində, tutaq ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Təşkilatına və ya Avrasiya İttifaqına qoşulmasının müqabilində edər…
Hər halda, yaxın vaxtlarda çox şey aydın olacaq. Hiss olunan budur ki, ruslıar həmsədrlə, hətta xarici işlər nazirilə kifayətlənmədilər, bölgəyə baş naziri göndərdilər. Amma D.Medvedevin sülh niyyətli olmasına adamın heç inanmağı gəmir, ən ona görə ki, Gürcüstanla müharibəni unutmamışıq. Fəqət, nə etmək olar? Azacıq gözləmək lazım gələcək. Düz 22 il gözləmişik, bir – iki ay da gözlərik. Sadəcə, iki məsələni diqqətdə saxlamaq lazımdır.
Birincisi, hərbi əməliyyatlar üçün yaz-yay ayları daha müvafiqdir. İkincisi də budur ki, hərbi teatrı ciddi öyrənməliyik, elə nöqtələri götürməliyik onlar bizə daha çox ərazini nəzarətdə saxlamağa yardımçı olsun…
Previous Post

Niyə Qarabağı tamam azad etmədik?

Next Post

Türkiyədən Naxçıvanın atəşə tutulmasına sərt reaksiya

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Türkiyədən Naxçıvanın atəşə tutulmasına sərt reaksiya

Türkiyədən Naxçıvanın atəşə tutulmasına sərt reaksiya

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.