Nigeriyada silahlı hücumda 7 nəfər ölüb, 12 nəfər qaçırılıb

94

Nigeriyanın şimalındakı Katsina əyalətində silahlı hücumda 7 nəfər ölüb, 12 nəfər qaçırılıb.
Elchi.az xəbər verir ki, Milli medianın məlumatına görə, Katsina əyalətinin Doka bölgəsində silahlı hücum hələ şəxsiyyəti məlum olmayan silahlı şəxslər tərəfindən həyata keçirilib.
Hücum nəticəsində biri qadın olmaqla 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.
Şimali Nigeriya silahlı dəstələr səbəbindən böyük təhlükəsizlik böhranı ilə üzləşib. Dəstələr fidyə üçün adam oğurluğu, soyğunçuluq və qətl də daxil olmaqla bir çox cinayətlərdə iştirak edirlər.

Nuranə Məmmədova