Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində təşkil etdiyi hücumda 13 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, terror təşkilatı Boko Haram üzvləri Borno əyalətinin Vulari kəndində hücum həyata keçirib.
Hücum zamanı 13 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun,Çad və Niger də hücumlar həyata keçirir.
Nuranə Məmmədova