Niger məhkəməsi Fransa səfirinin ölkədən çıxarılmasına qərar verib

115

Niger məhkəməsi Fransa səfirinin ölkədən çıxarılmasına qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə Niger Press Agentliyi (ANP) məlumat yayıb.
“Ədliyyə sistemi, yeni hakimiyyətin tələbi ilə, 1 sentyabr 2023-cü il, cümə günü, Fransanın Nigerdəki keçmiş səfiri cənab Silvain İttenin ölkədən çıxarılması barədə qərar çıxarıb”, – agentlik bildirib.
Sənədlərdə deyilir ki, Nigerin yeni hakimiyyəti hakimiyyətə gəldikdən sonra səfirin təmsil etdiyi ölkə “Nigerə qarşı əsassız düşmənçilik nümayiş etdirir, daxili işlərə qarışır və Nigerə qarşı ləyaqətsiz davranış nümayiş etdirir”.

Nuranə Məmmədova