İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibədən sonrakı dövr üçün ilk rəsmi planını təqdim edib. Plana görə, İsrail bütün Fələstin ərazilərində təhlükəsizlik nəzarətini saxlayacaq. Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Həmas plana reaksiya verib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibədən sonrakı dövr üçün planını Təhlükəsizlik Kabinetinə təqdim edib.
Sənəddə fələstinlilərin müstəqil dövlət qurmağa ümid etdikləri işğal olunmuş İordan çayının qərb sahili və Qəzza da daxil olmaqla, İordaniyanın qərbindəki bütün ərazilərdə İsrailin təhlükəsizlik nəzarətini saxlaması nəzərdə tutulur.
Həmas Netanyahunun planına sərt reaksiya verib.
HƏMAS rəsmisi Usamə Həmdan Beyrutda keçirdiyi mətbuat konfransında planın iflasa məhkum olduğunu müdafiə edib. “Netanyahu heç vaxt uğur qazanmayacağını çox yaxşı bildiyi ideyalar irəli sürür”.
Amerikanın dövlət katibi Antoni Blinken də “İsrail Qəzzanı işğal etməməlidir” mesajını verib”.
Nuranə Məmmədova