Netanyahundan Xan əl-Əhmer ilə bağlı QƏRAR

70

İsrailin baş naziri Benyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilində qurulan qeyri-qanuni yaşayış məntəqəsi olan Avitarın qüvvəyə minməsi və Xan əl-Əhmerdəki yaşayış məntəqəsinin boşaldılmasını təxirə salmaq qərarına gəlib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, qərar Ramazandan sonrakı bir vaxta təxirə salınıb.

KAN-ın xəbəri əsas götürdüyü mənbələrə görə, Netanyahunun təxirə salma qərarı ABŞ-ın İordan çayının qərb sahilində yeni qəsəbələrin tikintisinə dəstək verməməsi və Ramazan ayında gərginliyin artması səbəbindən qəbul edilib.

Qeyd edək ki, hazırda işğal olunmuş İordan çayının qərb sahilinin müxtəlif yerlərində yaradılmış onlarla böyük yəhudi qəsəbəsində 600 mindən çox köçkün yaşayır.

Yeganə