Netanyahu: İsrail Ukraynaya humanitar yardım göstərməyə davam edəcək

89

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı yəhudi dövlətinin Kiyevə humanitar yardımı davam etdirəcəyinə əmin edib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Mən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüm və açıq şəkildə bildirdim ki, İsrail Ukraynaya humanitar məsələlərdə, o cümlədən piyada əleyhinə minalarla mübarizədə kömək etməyə davam edəcək”, – İsrailin baş naziri “X”  sosial şəbəkəsindəki səhifəsində yazıb.
Öz növbəsində, İsrail baş nazirinin ofisi görüşün yekunlarına dair rəsmi açıqlamada Netanyahu ilə Zelenski arasında söhbətin “dostluq şəraitində keçdiyini” qeyd edib.

Nuranə Məmmədova