İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın oktyabrın 7-də blokada altındakı Qəzza zolağından həyata keçirdiyi hücumlarda təhlükəsizliklə bağlı uğursuzluqda İsrail ordusu və yerli kəşfiyyat agentliyi Şin-Bet-i günahlandırıb.
Elchi.az xəbər verir ki, Netanyahu Telegram hesabından verdiyi açıqlamada “Oktyabrın 7-də Qəzza zolağından edilən hücumlarla bağlı Baş nazirin məlumatlandırıldığı iddialarının əsassız olduğunu, əksinə, heç bir xəbərdarlıq alınmadığını” müdafiə edib.
Bəyanatda Netanyahu “əksinə, İsrail ordusu və Şin-Bet (Şabak) HƏMAS-ın qorxudulduğu və sakitliyin əldə edildiyi kimi qiymətləndirmə apardığını” bildirib.
İsrailin baş naziri iddia edib ki, bütün kəşfiyyat qurumları “müharibə başlayana qədər” dəfələrlə ona və hökumətə eyni məlumatları veriblər.
Dünən keçirilən mətbuat konfransında Benyamin Netanyahu “təkrar edilən uğursuzluqların məsuliyyətini öz üzərinə götürüb” sualına belə cavab verib: “Dəhşətli bir zəiflik var idi, bu, sona qədər araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs cavab verməli olacaq, amma bütün bunlar müharibədən sonra olacaq”.
Şayəstə Hüseynova