Netanyahu etirazlara baxmayaraq BU islahatları vəd edib

38

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin ölkə daxilində getdikcə daha çox tənqid edilən məhkəmə sistemində islahatlar planının yəhudi dövlətinin iqtisadiyyatına zərər verməyəcəyini açıqlayıb.

Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, dəyişikliklər, əksinə, vəziyyətə müsbət təsir göstərəcək:

“Son günlər məhkəmə islahatlarının iqtisadi sabitliyimizə təsiri ilə bağlı narahatlıqları eşidirəm. Ancaq tam əksinə, islahat aparıldıqda, əminəm hamı görəcək ki, qanunun aliliyi bundan əziyyət çəkməyib və hətta möhkəmlənib”.

Netanyahunun qeyd etdiyi kimi, məhkəmə sistemindəki dəyişikliklər təkcə dövlətin iqtisadiyyatını gücləndirməyə deyil, həm də ölkə demokratiyasını toxunulmaz saxlamağa imkan verəcək. O, şikayətlərə baxmayaraq islahatları həyata keçirməyə hazırlaşdığını da vurğulayıb.

Qeyd edək ki, yanvarın əvvəlində İsraildə Netanyahunun yeni hökuməti və onun islahatçı planlarına qarşı nümayişlər başlayıb. Xüsusilə, baş nazirin əleyhdarları Ali Məhkəmənin qanunlar və hökumət qərarları ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılmasını, habelə hakimlərin seçiminə nəzarətin hökumətə verilməsini nəzərdə tutan məhkəmə islahatlarının əleyhinədirlər.

Yeganə