İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatdan sonra ailəsi ilə ünsiyyətdədir.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Xatırladaq ki, aprelin 1-nə keçən gecə siyasətçi yırtıqdan əməliyyat olunub.
Kütləvi informasiya vasitələrində əməliyyatın ümumi anesteziya altında aparılmalı olduğu da bildirilir. Ədliyyə naziri Yariv Levin cərrahi müdaxilə zamanı baş naziri əvəz edib.
Qeyd edək ki, bu, Netanyahunun ilk əməliyyatı deyil. Keçən ilin iyulunda ona “Şiba” tibb mərkəzində (Təl-Əviv) kardiostimulyator quraşdırılıb. Həmin vaxt siyasətçi xəstəxanadan çıxdıqdan sonra həmin gün işə qayıdıb.
Yeganə
Həmçinin oxuyun: