"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Neftin qiymətinin azalma səbəbələri…

16 Dekabr 2014 - 11:45
in İQTİSADİYYAT
FacebookVatsap

Son aylarda neft qiymətlərinin düşməsi artıq təzə xəbər təsirini bağışlamır. Təzə xəbər bu qiymətin hər gün nə qədər endiyidir.img1703859

Bunu da oxuyun

AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

Birjalardan alınan ən son məlumatlara görə, “qara qızılın” bugünkü qiyməti bir barrel üçün 60 dollardır.
Bu, son 5 il yarımda ən aşağı göstərici sayılır.
Və əlbəttə, neftçiləri, ekspertləri və elə hamını düşündürən suallar da var. Neftin qiyməti, ümumiyyətlə niyə düşür və bu, nə vaxtadək davam edəcək?
Havanın da bura dəxli var
“The Economist” məcmuəsi yazır ki, neftin qiymətini üç faktor müəyyən edir: təchizat və tələb və qismən də gözlənti. Tələbat birbaşa iqtisadi fəallıqla bağlıdır. Fəallıq aşağıdırsa, demək neftin qiyməti də aşağı olacaq.
Burda fəsillər də rol oynayır. Məsələn, bir qayda olaraq Şimal yarımkürəsindıə qış aylarında neftin qiyməti qalxır. Yay aylarında soyuducu kondisionerlərdən istifadə edən ölkələrdə neft qiymətinin qalxması da havanın hərarəti ilə bağlıdır.
Təchizat da havaya və geosiyasi təlatümlətərə bağlıdır.
Əgər istehsalçı düşünürsə ki, qiymət kifayət qədər yüksəkdir, o investisiya yatırmaq barədə düşünür. Bu da öz növbəsində sonradan neft qiymətinin qalxmasına kömək edir.
Beləliklə, neftin qiymətləri quruyanda, investisiyalar da quruyur.
OPEC Səudiyyə deməkdir
Neftin qiymətlərinə təsir edən əsas amillərdən biri də neft istehsal edən ölkələrin OPEC təşkilatının qərarlarıdır.
Əgər təşkilatın üzvləri təchizatı qəflətən azaltsalar, neft qiymətləri də sıçraya bilər.
Təkcə Səudiyyə Ərəbistanı gündə 10 milyon barrel neft istehsal edir.
Bu, bütün OPEC-in üçdə biri deməkdir.
Odur ki, OPEC-in özü də Səudiyyə kimi üzvlərin qərarlarından asılıdır.
Hazırda Səudiyyə Ərəbistanı istehsalı azaltmaq niyyətində olmadığını bildirib.
4 amil
“The Economist” yazır ki, indi ümumi mənzərəyə təsir edən dörd amil var:
Birincisi, tələb ona görə aşağıdır ki, iqtisadi fəallıq azalıb, xərclər artıb və qeyri-neft yanacaq növlərindən istifadə yüksəlib.
İkincisi, İraq və Liviya kimi iki nəhəng neft istehsalçısının ərazisində baş verən hərbi-siyasi təlatümlər günə 4 milyon barrel neft verən bu oyunçuları hələlik ofsaydda saxlayıb.
Üçüncüsü, Amerika dünyanın ən böyük neft istehsalçısına çevrilib. Doğrudur, ABŞ hələlik neft ixrac etmir, lakin əvəzində onun neft idxalı azalıb və deməli, bazarda müştərisiz daha artıq neft qalıb.
Nəhayət dördüncüsü, Səudiyyə və onun Körfəz müttəfiqləri qiymətlərin qalxması xatirinə bazardakı paylarını qurban verməmək qərarına gəliblıər. Onlar istehsalı azaltsalar, bundan faydanı onların əsas rəqibləri olan İran və Rusiya götürəcək.
Rusiya və İrandan fərqli olaraq Səudiyyənin iqtisadiyyatı aşağı qiymətlərə də tab gətirə bilər.
Vay borcu olanların hayına
Lakin neft qiymətlərinin aşağı olması neft sənayesi üçün xeyli riskli situasiyadır.
Məsələn, Amerikada şist neftini hasil edənlər qiymətlərin yüksək olacağı ümidi ilə bahalı kreditlər götürüb.
Qərbin neft şirkətləri Arktika və Şimal dənizi də daxil olmaqla, dərin sularda bahalı layihələrə investisiya yatırıblar.
Siyasətçilər isə bu ümiddədirlər ki, neft qiymətlərinin hazırkı vəziyyəti Rusiya və İran kimi xatalı oyunçuları beynəlxalq arenada daha sülhpərvər edə bilər.
Qiymət cəbhəsindən alınan son xəbərlər isə bu ölkələr üçün az qala öldürücüdür.
Neftin qiyməti 40 dollara da enə bilər
Britaniya mətbuatının yazdığına görə, OPEC-in ən nüfuzlu üzvləri neft qiymətlərinin barreli 40 dollar həddinə enməsindən belə çəkinmədiklərini bildiriblər.
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail al-Mazrouei deyib ki, “biz neftin qiyməti 60 və ya 40 barrelə düşür deyə fikrimizi dəyişməyəcəyik”.
Mətbuat yazır ki, nazirin bu bəyanatı neft qiymətlərinin bir qədər də enməsinə səbəb ola bilər.
Digər tərəfdən OPEC-in keçmiş prezidenti və Qətər əmirinin müşaviri Abdullah bin Hamad al-Attiyah “The Daily Telegraph” qəzetinə bildirib ki, hazırda OPEC neft qiymətlərinə təsir edəcək gücə də malik deyil.
Onun sözlərinə görə, innən belə OPEC bazarı yalnız Rusiya və Meksika kimi oyunçularla əlaqəli şəkildə təsirləndirə bilər (“Azadlıq” radiosu).

 

Previous Post

Neftin qiymətinin azalma səbəbələri…

Next Post

İrəvanda əhali Sarkisyanın evinə basqın etdi – Foto

Bənzər yazılar

AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

18 Avqust 2026 - 18:26

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb. Elchi.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir...

Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

18 Avqust 2026 - 17:48

Azərbaycanla Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr...

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

18 Avqust 2026 - 17:39

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, ölkədə ilk dəfə keçiriləcək “Spark ’26” tələbə-texnologiya festivalına qeydiyyat prosesinə start verir. 5...

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

18 Avqust 2026 - 16:49

Qazaxıstanın Azərbaycanla xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında 206 milyon dolları ötüb. Elchi.az  Qazaxıstanın Milli Statistika Bürosuna istinadla xəbər verir...

Next Post

İrəvanda əhali Sarkisyanın evinə basqın etdi - Foto

İrəvanda əhali Sarkisyanın evinə basqın etdi - Foto

Son xəbərlər

Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

18 Avqust 2026 - 19:21
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə: Nəticələr…

MİQ üzrə vakansiya seçiminin nəticələri məlum olub

18 Avqust 2026 - 19:13
Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

18 Avqust 2026 - 19:05
Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

18 Avqust 2026 - 18:52
Tramp: İranla danışıqlar aparılmır

Tramp: İranla danışıqlar aparılmır

18 Avqust 2026 - 18:44
Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

18 Avqust 2026 - 18:37
AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

18 Avqust 2026 - 18:26
Rusiya: Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik

Rusiya: Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik

18 Avqust 2026 - 18:17
MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

18 Avqust 2026 - 18:10
Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

18 Avqust 2026 - 18:01
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

18 Avqust 2026 - 17:59
Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

18 Avqust 2026 - 17:48
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

18 Avqust 2026 - 17:39
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

18 Avqust 2026 - 17:30
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

18 Avqust 2026 - 17:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.