"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Neft nəhəngləri: 1986-cı ildəkindən daha ağır böhran gözlənilir

07 Avqust 2015 - 14:48
in İQTİSADİYYAT
FacebookVatsap

Neft nəhəngləri: 1986-cı ildəkindən daha ağır böhran gözlənilir

Bunu da oxuyun

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Azərbaycan nefti 126 dollara satılır

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

1985-ci ilin sonlarında 8 ayın ərzində neft qiymətləri 30 dollardan 10 dollara enmişdi

Cümə axşamı Brent markasından olan neftin bir barrelinin qiyməti son altı ayda ən aşağı hədd olan 48, 88 dollara düşdükdən sonra, satışın sonunda 49, 52-yə yüksəlib.
Beləliklə, bir sıra təhlilçilərin neft qiymətlərinin eniş dibinə çatdığı barədə proqnozları doğrulmayıb.
Analitiklər 2015-ci il üçün mümkün ən aşağı qiyməti 40 dolların üstündə proqnozlaşdırıblar. Brentin mümkün eniş həddi kimi bir barrel üçün 45, 19 dollar müəyyən edilib.
“Qiymətlər bundan sonra sabitləşəcək və ya enəcək, – deyib Frankfurtdakı Commerzbankın analitikiCarsten Fritsch – Hələlik başa düşülən budur ki, bazarın ifrat doldurulması daha uzun müddətdə davam edəcək”.
Bazar aşıb-daşır
Birləşmiş Ştatlarda benzin ehtiyatları 811 min barrelə çatıb, bu isə gözlənildiyindən 300 min barrel çoxdur.
Reuters agentliyi xəbər verir ki, iri neft şirkətləri xərclərini 180 milyard dollar ixtisar etdikdən sonra belə, səhmdarların dividentlərini ödəmək üçün borca girməkdə davam edirlər.
Brent markasından olan neftin bir barrelinin qiyməti ötən illə müqayisədə yarıbayı ucuzlaşaraq 50 dollar civarında oturub, bu isə o deməkdir neft nəhəngləri artıq istismarda olan yataqlarda daha çox ixtisarlara getməli olurlar. Neft şirkətləri həmçinin müəyyən yataqlardakı bizneslərini satmağa maraq göstərir.
Beləliklə, neft qiymətləri artımının yardıma gələcəyinə olan ümidlər tükənib.
Məsələ burasındadır ki, Amerikanın şist nefti sənayesində baş verən inqilabi yüksəlişlə ayaqlaşmağa çalışan OPEC ölkələri yeganə çıxış yolunu bazara daha çox neft vurmaqda görürlər.
 
Qiymətlər 2020-dən dirçələ bilər
Reuters agentliyinin analitiklər arasında apardığı rəy sorğusunun nəticələrinə görə Brent neftinin 2015-ci il üçün orta qiyməti bir barrel üçün 60, 60 dollar, 2017-ci il üçünsə 69 dollar həddində qərar tutacaq. Beynlxalq Energetika Agentliyi fevral ayında bildirmişdi ki, təchizatın azalacağı təqdirdə 2020-ci il üçün bir barrelin qiyməti 73 dollara çata bilər.
Bu rəqəmlər Azərbaycan dövlət neft şirkəti SOCAR-ın rəhbəri Rövnəq Abdullayevin proqnozu ilə ziddiyyət təşkil edir. SOCAR prezidenti Brent nefti üçün qiymətin 70 dollar ətrafında qərar tutacağını bildirmişdi.
Jefferies investisiya bankının təhlilçiləri bildirirlər ki, beynəlxalq neft şirkətləri “ziyansız qiymət hədlərini” bir barrel üçün 10 dollar da aşağı salıblar. Lakin hətta bu halda da 2016-cı ildə bütün xərc və dividentlərini ödəmək üçün onlara bir barrelin 82 dollar olması lazım gələcək.
Bank bildirib ki, neft şirkətləri yaranan boşluğu doldurmaq üçün daha çox kredit almağa məcbur olacaqlar.
 
Nəhənglərin nəhəng ixtisarları
Neft təhlilçiləri deyirlər ki, Royal Dutch Shell, Chevron vəTotal kimi neft nəhəngləri ziyanın bir hissəsini sərfəli neftayırma sənayesinin hesabına silə bilirlər. Başqa şirkətlər isə ziyanı azaltmaq üçün istehsalı artırmağa məcburdurlar.
Neft şirkətləri qiymətlərdən asılı olaraq xərcləri 15 faizədək azalda bilər. Xəbər verilir ki, dünyanın aparıcı neft şirkətləri ikinci rübdə daha ağır və daha dərin ixtisarlara və başqa tədbirlərə hazır olduqlarını göstəriblər.
BP şirkətinin rəhbəri Bob Dudley deyib ki, “aşağı neft qiymətləri daha uzun müddətdə davam edəcək”.
Bu da gözləniləndir ki, ağır investisiya ixtisarları 2020-ci ilədək neft istehsalının tutumunu gündə 2 milyon barrel azalda bilər, lakin boş qalan yeri OPEC ölkələri dərhal doldurmağa can atacaqlar.
 
Dudley-nin qorxunc proqnozu
Cənab Dudley deyib ki, bu, Aberden və Anqoladan Hyustona bütün sənayeni bürümüş böhrandır və “1986-cı ili xatırladır”.
1985-ci ilin sonlarında OPEC ölkələrinin, qeyri-OPEC istehsalın artması ilə bağlı öz hasilatlarını artırmaları 8 ayın ərzində neft qiymətlərini 30 dollardan 10 dollara endirmişdi.
O zaman neft sənayesi xərclərini 25 faiz, işçi qüvvəsini isə 30 faiz ixtisar etməyə məcbur olmuşdu. Qiymətlər yalnız sonrakı 10 il ərzində dirçəlməyə başlamışdı.
Lakin investisiya banklarından bəziləri bildirirlər ki, neft qiymətlərinin tənəzzülü indiki tempində davam etsə, böhran 1986-cı ildəkindən də ağır olacaq və dirçəliş üçün daha uzun müddət vaxt lazım gələcək.
Neft nəhənglərinin hazırda ixtisar etdikləri və ya təxirə saldıqları layihələr əsasən çox iri neft və qaz yataqlarına aiddir.
 
BP böhrana daha hazırlıqlıdır
Bəzi müşahidəçilər isə bildirirlər ki, neft şirkətləri hətta qiymətlərdən asılı olmayaraq da səmərəliyi artırmağa məcburdurlar, çünki son beş ildə əməliyyatların qiyməti üç dəfə artıb.
BP bu böhranı nisbətən yüngül keçirir, çünki şirkət artıq 45 milyard dollarlıq aktivlərini sata bilib.
Jefferies bankından təhlilçi Jason Gammel bildirib ki, BP bütün neft şirkətlərinin arasında ixtisarlara ən yaxşı hazır olanıdır.
Hazırda neft nəhəngləri ziyanlarını daha çox kreditə girməklə ödəyirlər. Kreditlər onların kapital dəyərinin 15 faizini təşkil edir və bu başqa sənayelərlə müqayisədə pis gösətərici sayılmır.
Analitiklərin fikrincə qiymət böhranından çıxmaq daha kiçik şirkətlər üçün son dərəcə çətin olacaq.
 
İlk zərbəni rubl aldı
Bu arada neft qiymətlərinin son enişinin ilk silləsi Rusiya rublunu tutub.
Mart ayından bəri ilk dəfə olaraq Moskva birjasında avro 70 rublu keçib. Dolların qiyməti apreldən bəri ilk dəfə olaraq 64 rubla çatıb.
Rusiya təhlilçiləri bildirirlər ki, rubl üzərinə əsas təzyiq neft qiymətlərinin düşməsindən gəlir.
Sberbankdan olan təhlilçilər deyiblər ki, “rubl neft qiymətləri enişinin zərbəsinə tab gətirə bilmədi”.
Bu da xəbər verilir ki, rublun məzənnədən daha çox düşəcəyi gözlənilir.
Previous Post

Neft nəhəngləri: 1986-cı ildəkindən daha ağır böhran gözlənilir

Next Post

Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı

Bənzər yazılar

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42

Hər il oktyabrın 31-də dünyada Beynəlxalq Əmanət Günü qeyd olunur. Bu günün məqsədi əhali arasında qənaətcillik mədəniyyətini təşviq etmək, maliyyə...

Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13

Azərbaycan neftinin qiyməti artıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 3,88 dollar və ya 3,17 faiz...

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11

Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb. Elchi.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən...

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. Elchi.az bu...

Next Post

Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı

Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.