Nebenzia Rusiya ilə Aİ münasibətlərindən danışıb

68

Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında mahiyyətcə heç bir əlaqə yoxdur. Elchi.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya yaranmış vəziyyətlə bağlı belə danışıb.

Onun sözlərinə görə, Avropa indi Rusiyanın ən yaxşı şəkildə necə parçalanacağını və məhv edilməsini müzakirə edir. Nebenzya Aİ-nin ölkə ilə yaxşı qonşuluq barədə bəyanatlarını “Kiyevin əli ilə Moskvaya qarşı mübarizəni ört-basdır etmək üçün uydurma” adlandırıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Qərb ölkələrinin Rusiyanı parçalamaq cəhdlərini açıqlamışdı. onun sözlərinə görə, Qərb dövlətləri bu məqsədlər üçün Ukraynadan istifadə edərək ölkəni məhv etməyə çalışır. Eyni zamanda, nazir əmindir ki, buna cəhdlər uğursuzluqla yekunlaşacaq.

Havar Şəfiyeva