"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Nazpəri Dostəliyeva “Metro, avtobus sənət adamı üçün deyil” dedi, ələ salındı…

04 İyun 2019 - 18:47
in ŞOU
FacebookVatsap

Elza Seyidcahan: “O boyda Fuad Poladov metro ilə gedib-gəlirdi, məgər o sənətkar deyildi?”; Nüşabə Ələsgərli: “Populyar olana qədər metrodan, avtobusdan istifadə etmişəm”

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bu dəfə Xalq artisti Nazpəri Dostəliyevaya “sataşıblar”.  Aktyorlar qısa videoçarx çəkərək, xalq artistinin “metro, avtobus sənət adamları üçün deyil” sözlərini ələ salıblar.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Qeyd edək ki, “İçərişəhər” metrostansiyasında lentə alınan videçarxda Bəhram Bağırzadə “sənətkar”, Tahir İmanov isə metro əməkdaşı obrazını canlandırıb. İmanov Bağırzadəni yeraltı nəqliyyata buraxmır və “Metro sənətkar üçün deyil. Avtobusa da minmə” deyir.

Xatırladaq ki, bu günlərdə N.Dostəliyeva bir neçə gün öncə “Səhər-səhər” proqramında sənət adamlarının ictimai nəqliyyatdan istifadə etməsinin doğru olmadığını bildirmişdi: “Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə ”Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”.

Çəkilən videoçarxla bağlı Nazpəri Dostəliyevanın mövqeyini öyrənməyə çalışdıq. Lakin xalq artisti telefon zənglərimizi cavabsız buraxdı.

Bəs həmkarları xalq artistinin fikirləri ilə razıdırmı?

Elza Seyidcahan ile ilgili görsel sonucu

Əməkdar artist Elza Seyidcahan qeyd etdi ki, sənətçilər nəinki ictimai nəqliyyatdan istifadə etməli, hətta piyada gəzib, xalqın arasında olmalıdır: “Bəzi sənətkarlar var ki, onlar özlərini göstərir. Onlar sonradan ”görənlərdir”. Elə bilirlər ki, artıq zirvədədirlər. Lakin ən sadə insanlar elə zirvələrdə doğulurlar. Baxın, prezidentimiz, vitse-prezidentimiz sadə xalqla necə görüşüb, onları səmimi dinləyir. Onlar insanların gözlərinin içinə baxaraq problemlərini oxuyurlar. O boyda Fuad Poladov həmişə metrodan istifadə edirdi. Eləcə də əfsanəvi bəstəkarımız Qara Qarayev konservatoriyaya piyada gəlib, piyada gedirdi. O, daim xalqın içərisində olub. Məgər onlar sənətkar deyil? Ümumiyyətlə, o sözü deyənlər sənətkar deyil, sənətçidir. Hər iki sözün arasında dağlar qədər fərq var. Şəxsən mən sadəliyə üstünlük verirəm. Olur ki, öz avtomobillimlə gedəndə yoldan yaşlı analarımızı, xanımlarımızı götürüb mənzilinə qədər yola salmışam. Bundan nə utanmışam, nə də çəkinmişəm. Məni tanıyanlar bilir ki, məclislərə, o cümlədən yas mərasimlərinə gedəndə özümü sadə xalqdan ayırmamışam. Hətta hamı kimi yerdə əyləşmişəm Deyiblər ki, “Elza xanım, qalxın başqa yerdə əyləşin”, buna etiraz etmişəm ki, mən də hamı kimi sadə insanam, camaat harada, mən də orada”.

Nüşabə Ələsgərli ile ilgili görsel sonucu

Əməkdar artist Nüşabə Ələsgərli isə həmkarının fikri ilə razı olduğunu dedi: “Nazpəri xanım əslində o sözləri pis mənada deməyib. Bu doğrudur ki, sənət adamı gərək camaat içərisində az görünsün, adiləşməsin, əlçatmaz olsun. Amma ictimai nəqliyyatdan istifadə etmək hamıya lazımdır. Nə vaxtsa tıxac olanda ictimai nəqliyyatdan istifadə etmişik, neyləməliyik ki?”.

Əməkdar artist bildirdi ki, populyar olana qədər ictimai nəqliyyatdan istifadə edib: “Hazırda ictimai nəqliyyatdan istifadə etmirəm. Lakin tələbə ikən Sumqayıtdan Bakıya avtobusla gəlirdim, sonra ”20 Yanvar” metrostansiyasına minib, “28 May” stansiyasında düşürdüm və sairə”.

Azərbaycanlı sənətçilər komplekslə yanaşır, dünya ulduzları isə…

Beləliklə, ölkəmizdə çox nadir hallarda hansısa müğənninin ictimai nəqliyyatdan istifadə etdiyinin şahidi ola bilərik. Lakin dünyada ən məşhur ulduzlar bu məsələyə çox sadə və komplekssiz yanaşır. Məsələn, dünyaca məşhur müğənni Rihanna tez-tez metrodan istifadə edir. Sərbəst şəkildə, açıq-aşkar metroya minən müğənninin bu barədə çoxlu sayda fotoları var.

Cenifer Lopez də metrodan istifadə edən ulduzlardan biridir. Müğənnini tez-tez tıxac üzündən metroya minir.

Hollivud ulduzları Maykl Duqlas, Ann Hathevey, Dru Berrimo da vaxtaşırı metrodan istifadə edirlər. Bəzən ulduzlar metroya minərkən üzlərini gizlətməyə çalışsalar da, fanatları onları həmən tanıyır, yaxınlaşıb foto çəkdirirlər.

Türkiyənin məşhur şoumeni Mehmet Əli Ərbil də illər öncə metrodan istifadə edib. Belə ki, İstanbuldakı tıxaclardan bezən şoumen həmkarı Ümit Okurla metroya minib. Bu haqda sosial şəbəkədə yazan Mehmet metronun çox rahat olduğunu, bundan sonra tez-tez istifadə edəcəyini qeyd edib.

Rusiyada yaşayan Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov da metrodan istifadə edən ulduzlar siyahısındadır. Bir neçə il öncə müğənni tıxaclara görə metrodan istifadə etdiyi barədə sosial şəbəkədə fotolar paylaşmışdı.

Previous Post

Nazpəri Dostəliyeva “Metro, avtobus sənət adamı üçün deyil” dedi, ələ salındı…

Next Post

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post
“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov

Son xəbərlər

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib

22 İyul 2026 - 23:25
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub

22 İyul 2026 - 23:22
Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

Ukraynanın HHM-nin gücləndirilməsi ABŞ və NATO-nun gündəmindədir

22 İyul 2026 - 23:20
SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

22 İyul 2026 - 23:17
Paşinyanın referendum XOFU

Paşinyanın referendum XOFU

22 İyul 2026 - 21:58
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.