Nazirlikdən Kinematoqrafçılar İttifaqındakı istefalara reaksiya

37

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqındakı istefalara münasibət bildirib.

Elchi.az xəbər verir ki, nazilikdən Report-a verilən açıqlamada ölkədə mədəniyyət sahəsində fəaliyyət göstərən ictimai təşkilatların, o cümlədən kino ittifaqlarının qanunvericiliyə əsasən öz fəaliyyətlərini əsasnamələrinə uyğun olaraq müstəqil şəkildə həyata keçiridiyi bildirilib.

“Sözügedən qurumların fəaliyyətlərinin təşkili və ona nəzarət olunması Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyildir”, – qurumdan qeyd olunub.