Avropa İttifaqına (Aİ) özünü enerji resursları ilə təmin etməkdə müstəqilliyə nail olmaq üçün bərpa olunan mənbələrdən alınan enerji bəs etməyəcək.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Sloveniyanın infrastruktur naziri Yerney Vrtovets (Jernej Vrtovec) deyib.
Onun sözlərinə görə, hazırkı böhran yaşıl transformasiyanın nə qədər vacib olduğuna dair son siqnaldır.
“Əgər biz iki mühüm məqsədə – iqlim neytrallığına və enerji sahəsində müstəqil Avropaya nail olmaq istəyiriksə, bu, o deməkdir ki, biz bərpa olunan enerji və yeni texnologiyalara getdikcə daha çox dövlət və özəl sərmayə yatırmalıyıq”, – Y. Vrtovets qeyd edib.
Lakin nazirin sözlərinə görə, bərpa olunan mənbələrdən alınan enerji kifayət etməyəcək, bunun üçün də yeni texnologiyalara, xüsusən də nüvə enerjisi sahəsində, ehtiyac var.
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Ermənistanın Baş nazirinin aparat rəhbəri Lilit Makunts ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allenlə TRIPP (Tramp marşrutu) layihəsinin icra gedişatını,...























Son şərhlər