Naxçıvanda əhaliyə MÜRACİƏT olunub

47

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

Elchi.az APA-ya istinadən xəbər verir ki, Dövlət Yol Polisi muxtar respublikanın dağlıq və dağətəyi rayonlarında sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı ilə əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi tövsiyə edir.

Bununla yanaşı, sürücülərə küləkli havaya görə avtomobillərini ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama etməmələri, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə olunur.