NATO Ukraynaya çoxillik hərbi yardım proqramı qəbul edəcək

93

İyulda keçiriləcək Vilnüs sammitində NATO liderləri Ukraynanın Qərb xətti ilə tamamilə yenidən silahlanması üçün ona çoxillik hərbi yardım proqramını qəbul edəcək.

Elchi.az xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Lissabonda keçirdiyi mətbuat konfransında bildirib.