NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna Rusiya ilə sülh sazişinin bağlanması şərtlərini müstəqil şəkildə müəyyən edəcək. Elchi.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Baş katib Aİ-yə üzv ölkələrin müdafiə nazirləri ilə görüşdən əvvəl deyib: “Ukrayna danışıqlar üçün hansı şərtlərin məqbul olduğuna və daha da vacibi razılaşma üçün hansı şərtlərin məqbul olacağına özü qərar verməlidir”.
Stoltenberqin sözlərinə görə, sülh sazişinin şərtləri əsasən Qərbin Kiyevə göstərdiyi yardımdan asılı olacaq, çünki “NATO müttəfiqlərinin məsuliyyəti Ukraynaya dəstək verməkdir”.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna ilə sülh sazişi bağlamaq üçün heç bir əsas yoxdur. O, xüsusi əməliyyatın yaxın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Havar Şəfiyeva