NATO ölkələri Rusiyanın hərbi sənayesində istehsalın sürətindən narahatdır.
Elchi.az xəbər verir ki, bu barədə Financial Times (FT) yazıb.
“Qərb siyasətçilərini narahat edən məsələlərdən biri Rusiyanın müdafiə sənayesini dirçəltməsidir ki, bu da son bir ildə Qərbdə bir çoxlarının qeyri-mümkün hesab etdiyi sürətlə baş verib”, FT qeyd edib.
Jurnalistlər qeyd ediblər ki, Rusiya hərbi sənayesi təkcə 2023-cü ildə milyonlarla artilleriya mərmisi və bir neçə yüz tank istehsal edib. Eyni zamanda ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövlət başçısı postuna mümkün qayıdışı ilə əlaqədar NATO-nun gələcəyi sual altındadır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkənin milli təhlükəsizliyinə təhdidlə bağlı Rusiya ilə birbaşa müzakirəyə göstəriş verib . Ehtimal olunur ki, təhlükə peyk əleyhinə silahların hazırlanması ilə bağlıdır.
Nuranə Məmmədova