Elchi.az xəbər verir ki, NASA kosmosun tədqiqi üçün hazırladığı innovativ texnologiyalarla adından söz açır. Son zamanlar diqqət çəkən layihələrdən biri də ilan robotları olub.
İlan robotları çevik quruluşu sayəsində dar məkanlarda və əngəlli ərazilərdə asanlıqla hərəkət edə bilir. Bu xüsusiyyətlər onları xüsusilə Mars kimi qeyri-müntəzəm səthləri olan planetlərdə kəşfiyyat üçün ideal edir.
Ənənəvi təkərli və ya ayaqlı robotların çatmaqda çətinlik çəkdiyi yerlərdə ilan robotları asanlıqla irəliləyə və ətraflı məlumat toplaya bilir.
Şayəstə Hüseynova