NASA-dan verilən məlumata görə, “SpaceX”in bu gün planlaşdırılan “Crew Dragon” kosmik gəmisinin buraxılışı ləğv edilib.
Elchi.az xəbər verir ki, buraxılış ABŞ-ın şərq sahili vaxtı ilə saat 01:45-ə (Moskva vaxtı ilə 09:45) planlaşdırılıb.
Ləğv edilməyə səbəb buraxılış kompleksi sistemində bir növ nasazlıq olduğu bildirilir. “SpaceX” şirkətinin məlumatına görə, yanacaq boşaldılmasına ekipaj enişindən əvvəl başlanılıb.
Qeyd edək ki, “Crew Dragon 6”-nın beynəlxalq heyətinə amerikalı astronavtlar Stiven Bouen və Vudi Hoburq, BƏƏ astronavtı Sultan Əl-Neyadi və rusiyalı kosmonavt Andrey Fedyayev daxildir. Ekspedisiyanın təyinat yeri Beynəlxalq Kosmik Stansiyadır.
Yeganə