Yaşı 21-dən artıq olan insanlar qanuni şəkildə həşişdən istifadə edə biləcəklər; həşişə də alkoqol kimi yanaşacaqlar
“Reuters”in xəbərində deyilir ki, Amerikanın paytaxtı Vaşinqton şəhərində həşişin açıq satışda olması üçün qanun müstəvisində irəliyə doğru ciddi addım atılıb. Gələn həftə keçiriləcək referendumda yerli sakinlər bu məsələyə münasibət bildirəcək.
“Artıq həşişə qoyulmuş qadağanın aradan qaldırılması zamanıdır”, Stanki Kosner biznes və maliyyə şurasının iclasında belə deyib.
Yeni yanaşmaya görə, yaşı 21-dən artıq olan insanlar qanuni şəkildə həşişdən istifadə edə bilərlər. Həşişə də alkoqol kimi yanaşacaqlar. Həşişin satışına görə də vergi alkoqolla eyni olacaq. Əyləncə üçün alınan həşişə görə malın 15 faizi həcmində vergi veriləcək. Ancaq həşiş tibbi ehtiyac üçün alındıqda isə vergi 6 faizlə məhdudlaşacaq.
Noyabrın 4-də Kolumbiya dairəsində, Oreqon və Alyaskada səsvermə keçiriləcək. Əgər nəticə müsbət olsa, Kolorado və Vaşinqtondakı kimi, həmin ərazidə yaşayan insanlar həşişdən açıq şəkildə istifadə edə biləcəklər.