Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon manat borcu silinib.
Bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: “Bildirdim ki, yaranmış borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.
Prezident İlham Əliyev Nardaranda istixana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulayaraq dedi:
`İndi istixanalara daha da böyük maraq var. Çünki indi bazar açılıb. Biz daha da böyük bazarlara çıxırıq. Bu bazarlarda da bizim məhsulumuzu bəyənirlər, gözləyirlər. Ona görə istixanaların yaradılmasına diqqət artırılmalıdır`.