"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nərminin atasından açıqlama: “Əlimdə 45 dəqiqəlik video var”

13 İyun 2023 - 16:21
in CƏMİYYƏT
FacebookVatsap

“Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim”

Bunu da oxuyun

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Bir neçə gün öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanova hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərminin ölümündə şübhəli bilinən Süleymanova 18 il müddətinə həbs cəzası kəsilib.

Məhkəmədən sonra “Nərmin olayı” barədə müzakirələr daha da qızışıb. Təqsirləndirilən şəxsin ailə üzvləri, yaxınları, eləcə də bəzi ictimai fəallar sosial şəbəkələr və mətbuat vasitəsilə İlkinin günahsız olduğunu deyərək, onun barəsində çıxarılmış hökmə etirazlarını bildiriblər.

Düz 3 ildir ölkə gündəmini zəbt edən cinayət olayında Nərminin ailəsi də sərt tənqidlərə tuş gəlib. Onlar ziddiyyətli və qərəzli ifadələr verməkdə, İlkinin günahsız yerə həbsə atılmasında və cinayətin gerçək izlərinin gizlədilməsində ittiham olunurlar. Sosial şəbəkələrdə açılan müzakirələrdə Nərminin valideynləri barədə müxtəlif şayiə və sensasiyalı iddialara rast gəlmək olar.

Elchi.az xəbər verir ki, Modern.az-ın redaksiyasına zəng vuran Nərminin atası Şərif Quliyev cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istədiyini deyib və ictimaiyyəti maraqlandıran bir çox sualları cavablandırıb.

“Hadisə yerində çəkiliş aparılıb. İlkin orada etiraf edib. Məndə istintaq çəkilişinin videosu var. Təxminən 45 dəqiqəlik videodur. Ancaq qarşı tərəf ictimaiyyətə yanlış məlumatlar çatdırır. Həmin videoda İlkin cinayəti etiraf edir. Bunu ictimaiyyətə göstərmək lazımdır. Çəkiliş zamanı faktlar göstərilir. İlkin hadisə yerinə gətirilib. Orada dindirilərkən etiraflar edib. Mən istərdim ki, həmin video mediada göstərilsin”, – deyə Ş.Quliyev haqqında bəhs etdiyi videokadrların məhkəmədən sonra ona təqdim edildiyini söyləyib.

O, “Nərmin işi”nin niyə uzun çəkməsi və ailəsi barədə səsləndirilən ittihamlara münasibət bildirərək deyib:

“Bir il yarım istintaq, iki il məhkəmə prosesi getdi. Qarşı tərəfin vəkilləri prosesi uzatdı. Hər dəfə bir vəsatət qaldırırdılar. Məhkəmə həmin vəsatətlərə baxırdı”.

Nərminin atası məhkəmədə verilən ifadələrdə ziddiyyətli məqamların olduğunu iddia edir:

“İlkinin özü 4 dəfə ifadə verib. İfadələri bir-biri ilə ziddiyyət təşkil edirdi. Dindirilən şahidlərin ifadələrində də ziddiyyət vardı. Bütün bunlara aydınlıq gətirmək üçün məhkəmə prosesi uzandı”.

“Məhkəmədən sonra mətbuatda belə bir xəbər yayıldı ki, guya kənd sakinləri bizə qarşı aksiya keçirir. Həmin şəxslər kənd sakinləri deyil, İlkinin qohumlarıdır. Həqiqət insanlara başqa formada çatdırılır. Yaxşı olardı ki, mənim dediyim videoya baxsınlar. Ondan sonra bizi başa düşərlər”, – deyə Şərif Quliyev İlkin Süleymanovun vəkillərini müttəhimin ifadəsinə müdaxilə etməkdə günahlandırıb.

“Vəkillər edib hamısını. 3 vəkili var”, – deyə o bildirib.

“Ağır cinayətdir. Bunu qəbul etmək qarşı tərəf üçün çətindir. Ona görə də belə vəziyyət yarandı”, – deyən Şərif Quliyev hadisədən sonra İlkinin yaxınlarının onunla görüşmək istədiyini, lakin barışığa razı olmadığını söyləyib.

“Onlar bunu istəyib. Mən getməmişəm. Üçüncü şəxslər tərəfindən mənə belə mesaj ötürməyə çalışıblar. Lakin razı olmamışam”, – deyə mərhumun atası vurğulayıb.

18 illik həbs cəzasına gəlincə, o, qərarla razılaşmadığını, apellyasiya şikayəti verəcəyini diqqətə çatdırıb.

“Qərarla razı deyiləm. Apellyasiyaya vermək fikrim var. Bu cür iş üçün oxunan hökmün müddəti azdır. Öldürüb, yandırıb, işgəncə verib. 18 il nədir? Mən ömürlük həbs verilməsini istəyirdim. İmkanım olmadığı üçün vəkil tuta bilmədim”.

Şərif Quliyev İlkinin ailəsinin etirazlarına belə reaksiya verib:

“Mən başa düşürəm onların məqsədini. İstəyirlər ki, onlarla dava edim. Mən yenə deyirəm, onlar İlkinin günahsız olduğunu sübut etsinlər. Ortaya fakt qoysunlar. Onlar əllərində faktların olduğunu, hadisəni kimin törətdiyini bildiklərini deyirlər. Belədirsə, çıxarıb ortaya fakt qoysunlar. Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim. Düşmənimi bilim. Niyə deyim ki, qatil İlkindir? Mən istəmərəm kimsə günahsız yerə həbsdə yatsın. Deyirəm, buyursunlar faktlarını göstərsinlər”.

Övladını itirən Quliyev kimlərsə tərəfindən pul müqabilində susdurulmaları barədə deyilənlərə də səssiz qalmayıb:

“Guya hökumət mənim evimi təmir edib. Guya hansısa nazir mənə pul verib. Allaha and olsun ki, bir adam belə mənə pul verməyib. Onlar sadəcə olaraq, məni qıcıqlandırmaq istəyirlər. Gəlib baxsınlar, mənim evimin tavanı kartondandır. Mən fəhləliklə məşğulam. Bir inəyim vardı, o da öldü. Günü 15-20 manata fəhləliyə gedirəm. İnanmayanlar gəlib necə şəraitdə yaşadığımızı öz gözləri ilə görsünlər. Bizim çəkdiyimizi bir Allah bilir. Bunu heç düşmənimə də arzulamıram”.

Previous Post

Nərminin atasından açıqlama: “Əlimdə 45 dəqiqəlik video var”

Next Post

Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı

Bənzər yazılar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29

Fövqəladə Hallar Nazirliyi (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bu barədə Elchi.az - a...

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51

Bəzən elə bir nöqtəyə gəlib çatırsınız ki, əlinizdəki bütün bütün qurumlar rəsmi imtina cavabı verir.  Rayon idarəsi sizi nazirliyə göndərir,...

MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Elchi.az xəbər verir ki, bu barədə Məktəbəqədər...

Next Post
Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı

Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı

Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı

Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.