"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nəqliyyatda “intellektual xaos…”

29 Dekabr 2014 - 09:31
in CƏMİYYƏT
FacebookVatsap

Bakıya yeni avtobusların gətirilməsi ilə ictimai nəqliyyatda vəziyyətin düzələcəyinə ümid yaranıb; intellektual 628b89684a5aidarəetmə sistemi isə zay çıxdı, sürücülər kart sistemi və maaş verilməsini təklif edir

Bunu da oxuyun

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Paytaxtın ictimai nəqliyyatında yaranmış xaos yeni ildən qismən düzələ bilər. Şəhərdaxili marşrut xətlərində olan basabas, intervalın çoxluğu, avtobusların sınıq-salxaq vəziyyətə düşməsi hər kəsi bezdirib. Sürücülərin qeyri-etik davranışı, dayanacaqlardan kənar saxlama və ümumilikdə avtobuslarda olan rüsvayçılıqdan elə bir adam yoxdur ki, şikayət etməsin.

Üstəlik, bəzi marşrut xətlərinin ləğvi şəhərin müxtəlif istiqamətlərində problem yaradıb. Sərnişinlər bir istiqamətə gedən iki marşrut xətti tapa bilmirlər. Nəticədə hərəkətdə olan marşrut xəttində sıxlıq və gecikmələr müşahidə edilir.
Məsələn, Komsomol dairəsindən “Xalqlar Dostluğu” metrosu istiqamətinə dünənə kimi 23 və 49 saylı marşrutlar işləyirdisə, birincini ləğv etdilər. Həmin xəttin avtobuslarını 49 nömrəli marşruta satdıqlarını bəyan etsələr də, faktiki bu marşrutda interval çoxdur.
Sərnişinlər isə 2015-ci ildə ictimai nəqliyyatda vəziyyətin yaxşılığa doğru bir qədər dəyişəcəyinə ümid edirlər.
Bakıya gətirilən yeni sərnişin avtobuslarının xəttə buraxılmasından sonra problemin həlli gözlənilir. Əslində hazırkı iritutumlu avtobuslar da gətiriləndə güman olunurdu ki, vəziyyət yaxşılaşacaq. Ancaq heç də proqnozlar özünü doğrultmadı.
Çünki nəqliyyat sistemində köklü dəyişikliklər olmalıdır. Hətta Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılması da marşrutların hərəkətində pozitiv rol oynamadı. Bu günlərdə “Bakıya Türkiyənin ”İsuzu” markalı 50 avtobusu gətirilməsi nəyisə dəyişəcəkmi” sualına gəlincə, sürücülərin sözlərinə görə, hər şey Nəqliyyat Nazirliyinin idarəçiliyindən asılıdır.
Onların fikrincə, marşrutlarda olan xaotik vəziyyətə son qoymaq üçün qrafik nizamlanmalıdır, gündəlik plan azaldılmalıdır.
Sürücülər qeyd etdilər ki, gündəlik planın çoxluğu onlar  arasında hər gün mübahisəyə, bir-birinin intervalına girməyə səbəb olur. Sürücülər deyirlər ki, indiki avtobuslar da bir neçə il əvvəl gətirilib. Amma çox çəkmədi ki, əksəriyyəti sıradan çıxdı, qapıları xarab oldu, az qala istismar dövrünü baş vurmuş nəqliyyat vasitəsinə çevrildi. Sürücülərin gözü ilə marşrut probleminə baxanda,  təklif edirlər ki, kart sistemi tətbiq olunsun, sürücülərə onları qane edəcək əmək haqları kəsilsin.
“Bilirsən necədir? Hamı marşrutdan, şoferlərdən narazılıq edir. Kimi dindirsən deyəcək ki, sürücülər bərk sürür, harada gəldi saxlayır, avtobusu ağzına kimi doldurur, siqaret çəkir, elə bil kartof daşıyır. Biz də başa düşürük ki, bunlar heç də yaxşı deyil. Amma bir soruşan yoxdur ki, biz bunu nə üçün etməyə məcburuq? Mən sürücüyəm, öz qohumum, anam, bacım da avtobus minir. Onlar da hər gün eyni problemi yaşayır. Biz istəmərik ki, belə olsun. Amma Nəqliyyat Departamenti bizə qan uddurur. Gündəlik plan, hər gün yoxlama, yanacaq xərci bir ətək puldur. Qazandığımızın 90 faizi onların cibinə gedir. Gündəlik planı çatdırana qədər canımız çıxır. Sürücü yazıq sübh tezdən gecəyə kimi minlərlə adam daşıyır. Hərə bir xasiyyətdə, hər kəsin bir tələbi var. Bizim də əsəblərimiz korlanır. Bunun ən yaxşı yolu kart sistemidir.
Qardaş, metro necə, bu da elə. Bizə də normal maaş versinlər, ailəmizi dolandıraq. Tutaq ki, günə 20-30 manat qazanıramsa, gətirsin ayda mənə 600-700 manat versin. Biz də təmiz işləyək, heç kəs də bir-birinin vaxtına girməsin,” – deyə 40 nömrəli marşrutda işləyən sürücülərdən biri danışır.
Qeyd edək ki, “Avro 5″ standartlarına cavab verən bu avtobuslar digərlərindən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Fiziki imkanları məhdud insanların, eləcə də yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar da quraşdırılıb.
İyirmi dörd oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Bu avtobusların sürücüləri sərnişinlərə yeni geyim formalarında xidmət göstərəcəklər. Yeniliklərdən biri də ondan ibarətdir ki, avtomatik sürət qutusu ilə təchiz edilən avtobuslar qapılar bağlanmasa, yerindən tərpənməyəcək. Yəni, əvvəlki kimi, sərnişinlərin qapıdan sallanmaları mümkün olmayacaq. Bundan başqa, avtobusların yan şüşələri salona düşən günəş işığını təxminən 80 faiz azaldır.
Bu avtobuslar 65 nömrəli marşrut üzrə, sonra isə 61, 79, 18 və 85 nömrəli marşrutlarda xəttə çıxarılacaq. Həmin marşrutlarda işləyən avtobuslar isə mərkəzdən uzaqlaşdırılaraq şəhərkənarı xətlərə veriləcək.
Gələn ilin əvvəllərində isə paytaxta əlavə 150 avtobus da gətiriləcək. Eyni zamanda paytaxtda fəaliyyət göstərən hazırkı marşrut avtobusları bölgələrə də göndəriləcək. Yeni avtobuslar xəttə buraxıldıqca xətdən çıxarılan köhnə avtobusların göndəriləcəyi bölgələr müəyyənləşdirilir.
Vurğulayaq ki, paytaxtda fəaliyyət göstərən bir qisim marşrut avtobusları özəl şirkətlərə məxsusdur və sahibkarlar da xətdən çıxarılan avtobusların əyalətlərə satılmasında maraqlıdırlar. Qeyd edək ki, 5 il müddətinə lizinqlə alınan nəqliyyat vasitələrinin hər birinin dəyəri 150 min avrodur. Ümumilikdə gələn ilə qədər Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulur.
E.SALAMOĞLU
Fotolar müəllifindir



Previous Post

Nəqliyyatda “intellektual xaos…”

Next Post

Neft bahalaşdı

Bənzər yazılar

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığının və ya Rusiyada yaşamaq hüququnun verilməsi qadağan edilib. Elchi.az  Rusiya mediasına istinadən xəbər verir ki,...

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23

Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı...

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

04 Avqust 2026 - 18:11

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil...

Next Post

Neft bahalaşdı

Yeni ili harada, necə keçirməli...

Son xəbərlər

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

04 Avqust 2026 - 18:57
ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

04 Avqust 2026 - 18:42
Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

04 Avqust 2026 - 18:35
Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23
Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

04 Avqust 2026 - 18:11
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

04 Avqust 2026 - 17:55
Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

04 Avqust 2026 - 17:44
NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

04 Avqust 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.