“Beynəlxalq təcrübədə müşahidə etdiyimiz hakimiyyətin verdiyi qərarların xalq və ya müxalif partiyalar tərəfindən qəbul edilməyən hissəsindən konstitusiya məhkəməsinə müraciət etməsi praktikasının Azərbaycanda müşahidə edilməməsi təəccüb doğuran haldır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
Onun sözlərinə görə, müxalif partiyaların hər hansı bir nazirliyin və ya digər orqanın verdiyi narazılıq doğuran qərarını konstitusiya məhkəməsinə şikayət etməsi kimi bir hüququnun olduğu halda, bu günə kimi belə bir praktikanın olmamasının səbəbləri aydınlaşdırılmalıdır:
“Hesab etmək olar ki, belə bir hüququnun olduğundan rəsmi qeydiyyatdan keçən partiyaların xəbəri var.
Məsələn, sosial təminat və ya təhsil, səhiyyə nazirliklərinin, eləcə də nəqliyyat, tarif şurası kimi qurumların qərarlarında xalqı və müxalif partiyaları narazı salan xeyli qərarlar olub. Bura vergi, gömrük sahəsindəki qərarları və əmlak məsələləri üzrə dövlət komitələrinin fəaliyyətlərindəki bir sıra qərarları da əlavə etmək olar.
Bu praktikadan istifadə edilməməsinin əsas səbəbi müxalif partiyaların hüquqi işləri aparmaq üçün vəkil və hüquqşünaslarının təcrübi praktikasının az olması təşkil edirsə, hesab edirəm ki, əsas səbəbini hüquq sisteminə olan inamsızlıq təşkil edir. Amma bu, ciddi arqument ola bilməz. Partiyalar haqqında qanunun fəaliyyəti qüvvəyə mindiyi üçün yenidən qeydiyyatdan keçmiş partiyaların artıq bu praktikadan istifadə edəcəyinə ümid edirik”.
Yeganə