Musk kosmosun ən güclü insanı olur

182

Göydə tək gəzən ulduzlar artıq o qədər də tək deyillər. O qədər ki, tezliklə gecə gördüklərimiz ulduzlardan daha çox peyk ola bilər. Səbəb kosmik şirkətlərin, xüsusilə SpaceX-in peyk layihələridir. Bəs bu, yerdə və kosmosda nəyi riskə atır?
Elchi.az xəbər verir ki, Elon Mask 2019-cu ildən bəri demək olar ki, hər həftə kosmosa peyklər göndərir.
Bu ay göndərilən 22 peyklə SpaceX-in peyk sayı 5 mini keçib. Bu, bütün aktiv peyklərin 50 faizindən çoxunu təşkil edir.
SpaceX-in çatmağı planlaşdırdığı sayı 42 min aktiv peykdir. Yaxın illərdə təkcə Çin kosmosa 19 min peyk göndərməyi planlaşdırır.
Digər ölkələrin də oxşar planları var.

Şayəstə Hüseynova