Mühəndisdən “süni intellekt” xəbərdarlığı

66

ABŞ mediası “süni intellektin atası” kimi tanınan Kompüter mühəndisi Geoffrey Hintonun süni intellektin təhlükələri barədə danışmaq üçün Google-dakı işindən ayrıldığını yazıb.
Elchi.az xəbər verir ki, New York Times-a danışan Hinton, süni intellektdəki irəliləyişlərin “cəmiyyət və insanlıq üçün böyük risklər yaratdığını” söyləyib.
İndiki ilə beş il əvvəlkini müqayisə etmək istəyən Hinton, “Bu fərqi götür və gələcəyə yay, bu qorxuludur” ifadəsini işlətdi.
Veteran mühəndis deyib ki, texnologiya nəhəngləri arasında rəqabət şirkətləri “təhlükəli sürətlə” yeni süni intellekt texnologiyalarını tətbiq etməyə sövq edir, biznesi riskə atır və dezinformasiya yayır.

Şayəstə Hüseynova