"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MTN-ə aylıq xərac verən nazirlərin adları – Şok siyahı

23 Oktyabr 2015 - 10:06
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

MTN mövzusu ölkə gündəminin manşetindən düşmür. Bu mövzu Azərbaycan ictimai-siyasi fikrini özünə təslim edə bilib. Eldar Mahmudovun vəzifəsindən azad edilməsi, nazirliyin 7 yüksək vəzifəli zabitinin həbsi mediadan tutmuş çayxanalara qədər geniş müzakirə olunur.

Mətbuatda hər gün “MTN işi” ilə bağlı müxtəlif məlumatlar yazılır. Hakimiyyətin ən güclü, geniş təsir imkanlarına malik nazirinin qəfil vəzifədən alınması ən müxtəlif səviyyələrdə təhlil olunur. Bəzi iddialara görə, bu cür səs-küylü işdən çıxarılmaların və qrup şəklində həbslərin arxasında siyasi məqamlar dayanır. E.Mahmudovun və onun MTN-dəki komandasının qəzəbə gəlməsində əsas amil kimi siyasi hakimiyyətə nəzarəti gücləndirmək istəkləri göstərilir.

Burda məntiq tapmaq olar: iqtisadi baxımdan həddən artıq gücləndikdən sonra iştaha böyüyür və siyasi hakimiyyət uğrunda savaş başlayır. İndiyədək bunun örnəyi çox olub.
Məsələn, Rəsul Quliyev nümunəsi. O, Milli Məclisin sədri olmaqla bərabər, ən varlı məmurlardan sayılırdı. O vaxtkı qanunlara görə, prezidentdən sonra ölkənin ikinci şəxsi idi. Amma gözü 1 nömrəli kresloda idi. Bu iddiası sonda onu hakimiyyətdən və Azərbaycandan didərgin saldı.

Əli İnsanov özünü Heydər Əliyevin siyasi varisi hesab edirdi. Kifayət qədər pulu, siyasi proseslərə təsir imkanları, hakimiyyətdə nüfuzu var idi, amma bu statusu onu heç cür razı salmırdı. Prezident olmaq eşqi bir an olsun sabiq səhiyyə nazirini rahat buraxmırdı. Axırda nəinki istəyinə çata bilmədi, üstəlik, nazir postunu, var-dövlətini və ən əsası da azadlığını itirdi. Ə.İnsanov 10 ildir ki, zindandadır.

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də siyasi iddiasının qurbanı oldu. O da nədənsə özünü Heydər Əliyevin siyasi varisi kimi görürdü. Prezidentliyin onun haqqı olduğu düşüncəsində idi. Bunu zatən bilməyən yoxdur. Hakimiyyət istəyi onu yanlış məcralara yönəltdi və çox şeyini qeyb etdi. Amerikalılarla görüşlərdə ona “sizi yaxın gələcəkdə Azərbaycanın prezidenti görürük” sözlərindən sabiq nazir necə məsti-xumar olmuşdusa, bir də gözünü istintaq otağında açdı. Artıq gec idi… Özünü gənc və perspektivli siyasətçi hesab edən Fərhad Əliyev gəncliyini və perspektivini türmədə qoyub çıxdı…

Yəni qıraqdan baxan üçün bu adamların 1-ci posta iddiaları başadüşülən deyil. Prosesləri orta səviyyədə təhlil edə bilən insanlar sual edirlər: nazir olasan, pulun, var-dövlətin başından aşsın, əlində olduqca böyük səlahiyyətlər cəmləşsin, bütün bunların fonunda karyeranı riskə atıb prezident olmaq eşqinə düşməyə nə ehtiyac var? Amma bu sualın müəllifləri bir şeyi bilmirlər ki, pul və səlahiyyət çoxaldıqca, iştaha, tamah və hakimiyyət hərisliyi də artır. Avtoritar rejimlər bu istəyə düşən komanda üzvünü ağır cəzalandırır. Yuxarıda bir neçə örnək vermişik.

***
Biz birmənalı iddia edə bilmərik ki, Eldar Mahmudov prezident olmaq istəyib. Amma bu fikrin onun düşüncəsində özünə yer etmədiyini də istisna etmirik. Oktyabrın 17-dən bəri MTN-lə bağlı yayılan rəsmi və qeyri-rəsmi xəbərlər deməyə əsas verir ki, Eldar Mahmudov Azərbaycanda çox ciddi nəzarət mexanizmi qurubmuş. O, az qala Azərbaycanın səmasında uçan quşların sayını, növünü öyrənməyə, onların uçuş xəttini müəyyənləşdirməyə iddia göstərib. Nağıllardakı ifadə ilə desək, MTN-in üstündən quş uçsa qanad salarmış, qatır keçsə dırnaq.

Xərac toplayan rəislərin adları

Redaksiyaya Eldar Mahmudov və komandası barədə son dərəcə sensasion sayılacaq məlumatlar daxil olub. Həmin məlumatları yarımbaşlıqlarla təsnifatlaşdırıb oxucuların diqqətinə çatdırırıq.

Məsələn, bilgilərə görə, sabiq milli təhlükəsizlik naziri bir çox həmkarlarının fəaliyyətinə təsir göstərirmiş. Deyilənə görə, MTN-in sabiq rəhbərliyi ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplayırmış. Bu işi əsasən bir neçə idarə rəisi, onların müavinləri görüb. Prosesdə aparıcı fiqur kimi Akif Çovdarovun adı çəkilir. Siyahıda başqalarının da adı var. Onlardan bir neçəsinin adı bizə məlumdur: Elşad Mahmudov, Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Fərhad Atayev, Natəvan Mürvətov və s.

Nazirləri qohumları ilə şantaj ediblər…

Mənbəmiz bildirir ki, Akif Çovdarovun kurasiyasındakı dövlət qurumları Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlar olub.

Mənbə bildirir ki, əsas “haqq” qoyulan yüksək çinli məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Deyilənə görə, hər ayın sonunda Z.Məmmədov Akif Çovdarova 1 milyon manat xərac verirmiş. Hansı nazir, məmur MTN rəhbərliyinin bu tələbindən imtina etsəymiş, yaxın qohumlarının başına bir iş gəlirmiş. Qaynaq bildirir ki, əksər nazirlərin, komitə sədrlərinin fəaliyyəti şəffaf, qohumlarının ailələrindəki mühit o qədər də ürək açan olmadığından onlar bu xərac tələbindən imtina edə bilmirmiş. Nəticədə MTN-in sabiq rəhbərliyi dövlətin gücündən şəxsi maraqları üçün yararlanıb iş adamlarını, məmurları ciddi basqı, təhdid altında saxlayırmış.

Məlumatlarda o da iddia olunur ki, Ziya Məmmədov MTN tərəfindən təhdid, şantaj olunduğu haqda ölkə rəhbərliyinə bir neçə dəfə şikayət edib. Lakin bu şikayətlərə hər dəfə “gözlə və bir qədər də döz” cavabı verilirmiş. Görünür, siyasi rəhbərlik daha ciddi faktların toplanmasına mane olmaq istəməyib…

Pul üstündə MTN-in koridorunda yumruq davası

Məlumatı redaksiyaya ötürən mənbə maraqlı bir olay haqda da danışıb. Deyilənə görə, MTN-in idarə rəisləri və onların müavinləri məmur heyətindən və iş adamlarından pul almağın üstündə vaxtaşırı bir-biriləri ilə dalaşırmış. Məsələn, A.Çovdarovun xərac aldığı iş adamından Füzuli Əliyev də pul qoparırmış. Mənbəmiz deyir ki, bunun üstündə A.Çovdarovla F.Əliyev bir dəfə nazirliyin koridorunda yumruqlaşıblar.

Müavin rəisini “baqaj”a qoyub?

Bu arada, redaksiya dünən yazı çapa hazırlanarkən, məlumat alıb ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi Sübahir Qurbanov işdən azad edilib. Onun müavini Füzuli Əliyevin (hazırda həbsdədi-red.) istintaqa verdiyi ifadəyə görə işdən azad olunduğu deyilir. O da bildirilir ki, yaxın günlərdə Sübahir Qurbanov həbs edilə bilər.

Görüş yerini dəyişmək olmaz – “Narşərab” restoranı

E.Mahmudovun hakimiyyətdə ən yaxın adamı, dostu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov olub. Sabiq nazirin Ə.Əsədovovla hər axşam Bakıdakı “Narşərab” restoranında görüşdükləri, birlikdə yemək yedikləri bildirilir. E.Mahmudovun nazir postuna təyinat almasında Əli Əsədovun da rolunun olduğu haqda bilgilər var.

Bank sektoru necə iflic edildi?

Mənbə bildirir ki, MTN rəhbərliyi ölkə iqtisadiyyatını iflic edib. Zatən son günlər ayrı-ayrı iş adamlarının mətbuatda MTN zabitlərindən şikayət etdikləri haqda materiallar dərc olunur. İqtisadiyyatın əsas lokomotivi olan bank sektoru MTN rəhbərliyinin əlindən çox çəkib. 2012-ci ilin martında Azərbaycanın ən qabaqcıl banklarından olan “Texnikabank”a qarşı MTN əməliyyat keçirdi. Həmin əməliyyatdan sonra bu bank E.Mahmudovun qudası Cahangir Hacıyevin nəzarətinə keçdi. İlk beşlikdə olan “Texnikabank” tez bir zamanda yerlə yeksan olundu. Artıq bank müflis olub, rəhbəri işdən çıxarılıb. MTN-in “kəmənd atdığı” banklar sırasında “Bank of Baku”, “Standartbank”, “Bank of Azerbaijan” da var. Beynəlxalq Bank vasitəsilə mənimsənilən milyardlar haqda isə indiyədək çox danışılıb.

“Aeroport Pərviz” istintaqda dindirilir

Bu arada, MTN-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şöbə rəisi Pərvizin (soyadını dəqiqləşdirə bilmədik-red.) istintaqa cəlb olunduğu haqda məlumat yayılıb. Deyilənə görə, onu hava limanı üzərindən xaricə daşınan qanunsuz pullara görə dindirirlər. Mənbə bildirir ki, Beynəlxalq Bankdan və digər qurumlardan çıxarılan milyardlarla pul Pərviz vasitəsilə Avropaya, Çinə və Rusiyaya göndərilirmiş. Onun istintaqa verdiyi ifadədən sonra yeni həbs dalğasının olacağı gözlənilir…

Kərəmi ağlamaq tutubmu?

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı “MTN işi”ndə hallanır. Mətbuat komitə sədri ilə MTN rəhbərliyinin iş birliyi haqda bu günədək çox yazıb. Redaksiyanın özəl mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, hansı iş adamı, nazir və başqa səlahiyyət sahibləri yeni mülk, obyekt alanda Kərəm Həsənov ilk məlumatı siyasi rəhbərliyə yox, Eldar Mahmudova verirmiş. Bu məlumat mübadiləsindən sonra mülk sahiblərinin başına nələrin gəldiyi haqda dəqiq bilgi yoxdur.

Xalq prezidenti ona görə alqışlayır ki…

Sonda bildirək ki, prezident İlham Əliyevin 17 oktyabr sərəncamından sonra Azərbaycanda qəribə bir canlanma yaranıb. İş adamları, vəzifəli şəxslər sevinc içindədirlər. Onlar indi-indi etiraf edirlər ki, MTN-dən çox ciddi təzyiq görüblər. Əsasən də iş sektoru 11 ildən çoxdur bu nazirliyin basqısı altında inləyib. Heç şübhəsiz, son addımı ilə ölkə prezidenti bütün kateqoriyalardan olan vətəndaşların təqdirini qazanıb. Hər kəs bu addımların davamını gözləyir.

Sahibkarların bu sevinci uzun sürəcəkmi? Ölkə rəhbərliyinin bu cür sərt və lazımi addımları davamlı olacaqmı? Bunu zaman göstərəcək…

Previous Post

MTN-ə aylıq xərac verən nazirlərin adları – Şok siyahı

Next Post

Neft bahalaşdı

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Neft bahalaşdı

Timoşenko Yatsenyuku zorlamaq istəyir

Son xəbərlər

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14
Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

17 Oktyabr 2026 - 10:00
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27
Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.