"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Moskva üçlüyü”nün Suriya qərarı – Mühüm addım

22 Dekabr 2016 - 10:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərləri arasında Suriya münaqişəsi ilə bağlı görüş olub. İlk dəfə olaraq məhz bu üç ölkə Suriya böhranına dair ortaq təşəbbüslə bir araya gələrək müəyyən məsələlərlə bağlı anlaşma əldə ediblər.

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Musavat.com-un məlumatına görə, XİN rəhbərləri Suriyada siyasi həll prosesinin yenidən canlandırılması ilə bağlı razılıq əldə ediblər. Nazirlərin mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib ki, hər 3 ölkənin hökumətləri “Suriyada əsas məqsədin rejim dəyişikliyi olmadığı” ilə bağlı razılığa gəlib. Onun sözlərinə görə, razılaşma Suriyanın ərazi bütövlüyü, müstəqilliyinin qorunması və “terrora qarşı mübarizə”ni nəzərdə tutur.

Nazirlərin qəbul etdiyi bəyannamədə göstərilir ki, 3 ölkə Suriyada hakimiyyət və müxalif qüvvələr arasında əldə olunacaq razılaşmanın təminatçısı olmağa hazırdır. Eyni zamanda tərəflər etnik, din və məzhəb fərqi qoymadan Suriyanın müstəqilliyi, ərazi bütövlüyünə hörmət edir və münaqişənin hərbi həll yolunun olmadığını bəyan edir.

Tərəflər Suriya münaqişəsinin BMT TŞ-nin 2254 saylı qərarı əsasında aparılan danışıqlar prosesinə sadiq qaldıqlarını bildirib, eyni zamanda beynəlxalq ictimaiyyətə bu anlaşmanın icrası qarşısında maneələrin ortadan qaldırılmasına dəstək çağırışı edilib.

Bundan başqa, mətndə Hələbdə mülki əhalinin təxliyəsinin davam etdirilməsi, habelə Fua, Kefreya, Zabadani və Madaya məntəqələrində davam edən təxliyə fəaliyyətləri təqdir olunub. Nazirlər həmçinin İŞİD və “Cəbhə ən-Nusra” (indiki adı “Şamın Fəth Cəbhəsi”) terror təşkilatlarına qarşı mübarizə və digər silahlı müxalif qrupların bunlardan ayrılması ilə bağlı razılığa gəliblər.

Ortaq bəyanat 8 maddədən ibarətdir. Maddələrdə Suriyada BMT TŞ qətnaməsinə uyğun danışıqların davam etdirilməsi, mülki əhalinin təhlükəsiz ərazilərə köçürülməsinin təmin olunması, savaş bölgəsinə yardımların çatdırılmasının təmin edilməsi, bütün ölkə ərazisində atəşkəsə nail olunması, prezidentlərin Qazaxıstan (Astana) görüşünün dəstəklənməsi və nəhayət, “Cəbhət ən-Nusra” və İŞİD-ə qarşı birgə mübarizənin dəstəklənməsi yer alır.

Qeyd edək ki, Moskva toplantısı konkret qərar mexanizmi ortaya qoymasa da, bir sıra səbəblərdən çox mühüm əhəmiyyət daşıyır. Birincisi, ilk dəfə olaraq beynəlxalq təşəbbüs və BMT mandatı ilə deyil, ölkələrin öz təşəbbüsü ilə, Qərb ölkələrinin iştirakı olmadan Suriya danışıqları keçirilib.

İkinci mühüm amil hər 3 ölkənin Suriyada “açar güc” olması ilə bağlıdır. Onların 3-ünün hazırda Suriya ərazisində silahlı qüvvələri var, münaqişə aparan tərəfləri dəstəkləyir, yəni dolayısı ilə birbaşa münaqişənin içərisində olan, proseslərə təsir imkanına sahib dövlətlərdir. Üçüncü mühüm amil isə hər üç dövlətin hazırda maraqları onları Suriyada anlaşmağa sövq edir. Rusiya və İran müttəfiq münasibətlərinə malikdir, Türkiyə isə müxalif qrupları dəstəkləsə də, Suriyanın ərazi bütövlüyünün qorunması, kürd məsələsində Rusiya və İranla həmfikirdir, digər tərəfdən, Qərblə kürd məsələsində fikri ayrılığında olduğu üçün indi Ankara üçün Suriyada Moskva ilə anlaşmaq daha rahat və əlverişlidir.

Moskva toplantısından çıxan ən mühüm qərarlardan biri də Bəşər Əsədin iştirak etdiyi keçid prosesi ilə bağlı ortaq mövqedir. Daha əvvəl Ankara bu məsələdə tərəddüdlü olsa da, son hadisələrdən sonra bütün tərəflərin, o cümlədən mövcud hakimiyyətin də iştirak edəcəyi yeni hökuməti tanımağa razılaşıb. Hər halda, bu görüş Türkiyənin İran və Rusiya tandeminə qatılması və ya ən azı onlarla uzlaşmağa çalışması yönündə ən mühüm addım hesab oluna bilər.

Təbii ki, əsas qərarlar Rusiya və Türkiyə prezidentlərinin yaxınlarda Astanada (Qazaxıstan) baş tutacaq görüşündə qəbul oluna bilər – əgər iki dövlət anlaşa bilsə. O zaman bu, Suriya münaqişəsinin həllində mühüm addım olacaq. Artıq Qərb mediası da Moskva görüşünü Qərbin Suriya münaqişəsində təsir rıçaqını itirməsi adlandırır. Məsələ ondadır ki, Qərb və ərəb müttəfiqlərinin Suriyada əsas təsiri məhz Türkiyə üzərindən həyata keçir. Silah, maddi yardım və silahlılar əsasən Türkiyə üzərindən Suriyaya keçir. Yəni dolayısı ilə Türkiyənin mövqeyi Suriya münaqişəsinin taleyində həlledici rol oynayacaq.

 

Previous Post

“Moskva üçlüyü”nün Suriya qərarı – Mühüm addım

Next Post

`Qarabağda müharibə qaçılmazdır` – Rusiyalı ekspert

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

`Qarabağda müharibə qaçılmazdır` - Rusiyalı ekspert

`Qarabağda müharibə qaçılmazdır` - Rusiyalı ekspert

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.