“Moskva Malidəki terror aktlarını pisləyir” – Zaxarova

113

Rusiya Xarici İşlər Nazirliyi terrorçuların Malidəki fəaliyyətini qəti şəkildə pisləyib və bu, bütün Sahara-Sahel bölgəsində vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Malidə əvvəllər də bir neçə terror aktı törədilib. Nəticədə hərbçilər və mülki şəxslər zərər çəkib.

“Bu cür cinayətkar hücumlar təkcə bu ölkədə deyil, tarixi inkişafının çətin dövrünü yaşayan bütün Sahara-Sahel regionunda vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, – deyə Zaxarova bildirib.

Zaxarova bundan əvvəl Maliyə qarşı beynəlxalq sanksiyaların dayandırılmasını şərh edib. Bu, Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoyması sayəsində baş verib.

Havar Şəfiyeva