“Moskva Kiyevlə müharibə aparmır”-Patruşev

44

“Moskva Kiyevlə müharibə aparmır. Hazırkı münaqişə Qərbin ukraynalılar vasitəsilə Rusiyaya qarşı durmaq cəhdidir”.

Elchi.az New.am-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqument və fakt” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna hadisələri Moskva ilə Kiyev arasında münaqişə deyil, bu, NATO, ABŞ və İngiltərənin Rusiyaya qarşıdurmasıdır:

“Biz Ukraynaya qarşı döyüşmürük, çünki əslində sadə ukraynalılara nifrət ola bilməz. Ukrayna ənənələri Rusiya xalqına yaxındır və rus xalqının irsi mədəniyyətindən ayrılmazdır. Diqqət yetirin, Krımda Ukrayna dili dövlət dillərindən biri kimi qorunub saxlanılır. Bir çox şəhərlərdə Ukrayna mədəniyyət mərkəzləri, Ukrayna mahnı və rəqs ansambılları fəaliyyətini davam etdirir. Uzaq Şərqin cənubunda, Stolıpin dövründən bəri köçkünlərin böyük payını nəzərə alaraq, sakinlərin əhəmiyyətli bir hissəsi Ukrayna xalqının mədəniyyətini onlara yaxın hesab edir.

Ukrayna vətəndaşları Qərbin onların vasitəsilə Rusiyaya qarşı vuruşduğunu nə qədər tez başa düşsələr, bir o qədər çox insan həyatını xilas edəcək. Çoxları bunu çoxdan dərk edib, lakin repressiyalardan qorxaraq bunu açıqlamağa qorxurlar”,-deyə Patruşev qeyd edib.

Patruşevin sözlərinə görə, Ukrayna ilə bağlı bütün hekayə Vaşinqtonda məhz birləşmiş xalqların sərhədlərinin müəyyənləşdirilməsi texnologiyasını inkişaf etdirmək və onları bir-birinə qarşı qoymaq məqsədi ilə hazırlanıb.

Yeganə